“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyul 2017-ci il.

13 июля 2017, 10:07

http://www.azertag.net

571—580 из 3607

11 сентября 2020, 21:09

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Баку-Шамаха-Евлах (122 км)-Шахрияр-Келехана Шамахинского района   подробно...

11 сентября 2020, 21:09

Распоряжение Президента Азербайджанской Республики О награждении А.А.Лиханова орденом «Достлуг»   подробно...

10 сентября 2020, 17:09

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Гобуустю-Юхары Нематабад-Гаджилар-Ашагы Нематабад-Еникенд-Гарибли Агдашского района   подробно...

10 сентября 2020, 17:09

Распоряжение Президента Азербайджанской Республики О мерах по капитальному ремонту автомобильной дороги местного значения в Газахском районе   подробно...

9 сентября 2020, 17:09

Распоряжение Президента Азербайджанской Республики О мерах по модернизации единой электронной информационной системы Государственной службы Азербайджанской Республики по мобилизации и призыву на военную службу   подробно...

8 сентября 2020, 17:09

Распоряжение Президента Азербайджанской Республики О награждении Я.А.Алиева орденом «За службу Отечеству» 2-й степени   подробно...

2 сентября 2020, 17:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Агсуинском, Шамахинском, Шабранском и Евлахском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде   подробно...

1 сентября 2020, 17:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству автомобильной дороги Губа-Гонагкенд Губинского района   подробно...

1 сентября 2020, 09:09

Распоряжение Президента Азербайджанской Республики О награждении В.Ю.Алекперова орденом «Достлуг»   подробно...

1 сентября 2020, 09:09

Распоряжение Президента Азербайджанской Республики О назначении членов Комиссии Азербайджанской Республики по борьбе с коррупцией   подробно...