“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 574-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 574-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 may 2017-ci il.

26 мая 2017, 10:05

http://www.azertag.net

1841—1850 из 3607

16 июня 2017, 09:06

О мерах по продолжению восстановительных работ в селе Джоджуг Мерджанлы Джебраильского района   подробно...

14 июня 2017, 09:06

О предоставлении Р.Ф.Гасымову специальной олимпийской стипендии Президента Азербайджанской Республики   подробно...

13 июня 2017, 09:06

О мерах по строительству автомобильной дороги Хырдалан-Бинагади-Балаханы   подробно...

12 июня 2017, 09:06

О мерах по строительству автомобильной дороги Агстафа-Кочаскер Агстафинского района   подробно...

12 июня 2017, 09:06

О мерах по строительству автомобильной дороги Мехтиабад-Дигях-Мамедли Абшеронского района   подробно...

9 июня 2017, 09:06

О дополнительных мерах по расширению территории комплекса приморского парка-бульвара в городе Астара   подробно...

9 июня 2017, 09:06

О дополнительных мерах по капитальному ремонту и восстановлению многоквартирных зданий в городе Лянкяран   подробно...

8 июня 2017, 09:06

О дополнительных мерах по капитальному ремонту и восстановлению многоквартирных зданий в городе Лянкяран   подробно...

7 июня 2017, 09:06

О дополнительных мерах по улучшению дорожно-транспортной инфраструктуры Загатальского района   подробно...

6 июня 2017, 10:06

Список распределения субартезианских скважин, бурение которых предусмотрено в 2017 году, по населенным пунктам   подробно...