Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 27-ci bəndlərini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2, I kitab, maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 492-VQD və 494-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.5-ci maddədə “və ictimai” sözləri “və (və ya) ictimai” sözləri ilə əvəz edilsin.

2. 967.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir.”.

3. 1076-9.7-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 aprel 2017-ci il.

16 мая 2017, 05:05

http://www.azertag.net

2361—2370 из 3607

4 марта 2016, 12:03

Об освобождении А.И.Салимова от должности главы Исполнительной власти Лачинского района   подробно...

4 марта 2016, 12:03

Об освобождении М.Н.Гулиева от должности главы Исполнительной власти Джебраильского района   подробно...

3 марта 2016, 09:03

Об издании «Атласа чрезвычайных ситуаций Азербайджанской Республики»   подробно...

3 марта 2016, 09:03

О дополнительных мерах, связанных с продолжением реконструкции на внутренних автомобильных дорогах поселка Нардаран Сабунчинского района города Баку   подробно...

3 марта 2016, 09:03

О предоставлении Г.И .Гасанову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

2 марта 2016, 10:03

О присвоении женщинам Азербайджана почетных званий   подробно...

2 марта 2016, 10:03

О награждении женщин Азербайджана   подробно...

2 марта 2016, 10:03

О предоставлении У.А.Гулиевой персональной пенсии Президента Азербайджанской Республики   подробно...

2 марта 2016, 10:03

О повышении заработных плат работников ряда организаций, финансируемых из государственного бюджета   подробно...

29 февраля 2016, 10:02

О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по градостроительству и архитектуре   подробно...