Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.2.9-cu maddə əlavə edilsin:
“2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.”.
2. 3.2-ci maddənin hər iki cümləsində “XVIII” rəqəmlərindən sonra “, XIX” rəqəmləri, “mübahisələrə” sözündən sonra isə “(ərizələrə)” sözü əlavə edilsin.
3. 27.0.1-ci maddəyə “iddiaçı” sözündən sonra “(və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi)” sözləri əlavə edilsin.
4. 40.1-ci maddəyə və 41.2-ci maddənin birinci cümləsinə “aktın” sözündən sonra “(bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla)” sözləri əlavə edilsin.
5. 94.1-ci maddəyə “10” rəqəmlərindən əvvəl “, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin.
6. aşağıdakı məzmunda XIX fəsil əlavə edilsin:
“XIX fəsil
Maliyyə bazarlarına nəzarət orqanına qarşı müvafiq iddialar və
maliyyə bazarlarına nəzarət orqanının müvafiq ərizələri üzrə icraat
Maddə 131. Maliyyə bazarlarına nəzarət orqanına qarşı müvafiq iddialar üzrə icraat
131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
131.2. Məhkəmə iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Maliyyə bazarlarına nəzarət orqanının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir.
131.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
131.4. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir.
Maddə 132. Maliyyə bazarlarına nəzarət orqanının müvafiq ərizələri üzrə icraat
132.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
132.2. Məhkəmə maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə, ərizənin daxil olduğu vaxtdan aşağıdakı müddətlərdə baxıb qərar qəbul etməlidir:
132.2.1. bankın öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi ilə bağlı ərizələrə - 2 gün müddətində;
132.2.2. lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi ilə bağlı ərizələrə - 7 gün müddətində;
132.2.3. bankın iflas proseduruna başlanmasına və bu proses çərçivəsində digər məsələlərin həllinə dair ərizələrə - 7 gün müddətində;
132.2.4. bankın sağlamlaşdırılması və rezolyusiyası çərçivəsində verilmiş ərizələrə - 7 gün müddətində;
132.2.5. bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması ilə bağlı ərizələrə - 30 gün müddətində;
132.2.6. digər nəzarət tədbirləri ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda verilən ərizələrə - 10 gün müddətində.
132.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmə qərarının icrasını dayandırmır.
132.4. Ali Məhkəmə şikayətə 15 gün müddətində baxıb qərar qəbul etməlidir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2017-ci il.
13 апреля 2017, 09:0414 октября 2014, 09:10
О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа подробно...
14 октября 2014, 09:10
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
13 октября 2014, 09:10
Королю Испании Его величеству Фелипе VI подробно...
10 октября 2014, 10:10
Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами подробно...
9 октября 2014, 15:10
9 человек составят коллегию Министерства энергетики подробно...
9 октября 2014, 09:10
О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О создании промышленных кварталов и организации их деятельности подробно...
9 октября 2014, 09:10
Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О присуждении специальной стипендии молодым талантам подробно...
8 октября 2014, 09:10
О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района подробно...