Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 oktyabr tarixli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar “Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”na 1 saylı Əlavənin “I mərhələ – Namizədliyin irəli sürülməsi” hissəsinin üçüncü abzasının b) bəndində “seçkilər günü 35 yaşı tamam olması və ya yaşının 35-dən yuxarı” sözləri “seçkilərdə iştirak etmək hüququna malik” sözləri ilə əvəz olunmalıdır.
Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliyin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-7 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”na 1 saylı Əlavənin “I mərhələ – Namizədliyin irəli sürülməsi” hissəsinin üçüncü abzasının b) bəndində “seçkilər günü 35 yaşı tamam olması və ya yaşının 35-dən yuxarı” sözləri “seçkilərdə iştirak etmək hüququna malik” sözləri ilə əvəz edilsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
10 апреля 2017, 09:0411 марта 2014, 09:03
О создании Министерства связи и высоких технологий Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О назначении А.М.Аббасова министром связи и высоких технологий Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О назначении Ю.А.Юсибова ректором Гянджинского государственного университета подробно...
7 марта 2014, 15:03
В Азербайджане будет увеличено покрытие по обязательному автомобильному страхованию подробно...
7 марта 2014, 14:03
Страховой надзор: азербайджанские страховщики нуждаются в местной рейтинговой компании подробно...
7 марта 2014, 09:03
О присвоении почетных званий группе женщин Азербайджана подробно...
7 марта 2014, 09:03
О награждении группы женщин Азербайджана подробно...
7 марта 2014, 09:03
О назначении Э.Б.Гусейнова ректором Сумгайытского государственного университета подробно...