“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017 ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017 ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. həmin Qanunun 16-cı maddəsinə uyğun olaraq, hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunda “hərbi idarəetmə orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur.

3. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.3-cü bəndində göstərilən qaydada hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə əlaqədar zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsi qaydası da əks etdirilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2017-ci il.

6 апреля 2017, 09:04

http://www.azertag.net

3211—3220 из 3607

9 июня 2014, 13:06

UNICEF и Азербайджан приняли план на 2014–2015 годы   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по развитию животноводства в Азербайджанской Республике   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по строительству автомобильной дороги Хокмали-Гобу-Локбатан-Гюздек-Пута Абшеронского района   подробно...

6 июня 2014, 15:06

ЕС помогает Азербайджану интегрироваться в Европейское пространство высшего образования   подробно...

6 июня 2014, 14:06

Министр образования Азербайджана проведёт тренинги для учителей общеобразовательных школ   подробно...

6 июня 2014, 09:06

О награждении орденом «Истиглал» В.С.Векилова   подробно...

5 июня 2014, 15:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 15:06

О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 09:06

О дополнительной поддержке обеспечению производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой   подробно...

4 июня 2014, 09:06

О награждении орденом «Шохрат» Ш.М.Юсуповой   подробно...