“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli 706 nömrəli Fərmanına, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616; 2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7, maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1213; 2015, № 9, maddə 977; 2016, № 1, maddə 44; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 mart tarixli 1280 nömrəli Fərmanı) 2-ci hissəsindən “milli təhlükəsizlik,” sözləri çıxarılsın və həmin hissədə “daxili işlər,” sözlərindən sonra “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2017-ci il.

17 марта 2017, 09:03

http://www.azertag.net

3071—3080 из 3607

19 августа 2014, 15:08

Льготы и доплаты введены для молодых сельских педагогов   подробно...

19 августа 2014, 09:08

Совет старейшин создан при Бакинском управлении образования   подробно...

19 августа 2014, 09:08

О финансировании строительства автомобильной дороги Далгалы-Набрань-Тель на территории Хачмазского района   подробно...

18 августа 2014, 13:08

Правительственный мониторинг: повышения потребительских цен в Азербайджане нет   подробно...

18 августа 2014, 09:08

О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики   подробно...

18 августа 2014, 09:08

О присвоении Э.З.Ибрагимову почетного звания «Заслуженный юрист»   подробно...

18 августа 2014, 09:08

О присвоении В.А.Рзагулиеву почетного звания «Заслуженный инженер»   подробно...

18 августа 2014, 09:08

О присвоении Р.Г.Садигову воинского звания генерал-лейтенанта   подробно...

18 августа 2014, 09:08

О присвоении А.М.Джебраилову воинского звания генерал-лейтенанта   подробно...

18 августа 2014, 09:08

О присвоении Э.И.Гулиеву воинского звания генерал-полковника   подробно...