“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanını “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 86; 2001, № 12, maddə 755; 2002, № 8, maddə 487; 2003, № 10, maddələr 546, 585; 2007, № 2, maddə 87; 2008, № 9, maddə 798; 2016, № 2 (II kitab), maddə 255) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci hissənin altıncı abzasından “ölçmə vasitələrinin yoxlanılması və” sözləri çıxarılsın.
2. 6-cı hissənin altıncı abzasından “tələb etmək, ölçmə vasitələrini yoxlamaq” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2017-ci il.
10 марта 2017, 09:0325 июня 2015, 09:06
О награждении орденом «Шараф» З.А.Самедзаде подробно...
25 июня 2015, 09:06
О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики подробно...
25 июня 2015, 09:06
О присвоении Я.А.Гасанову высшего воинского звания генерал-майора юстиции подробно...
25 июня 2015, 09:06
О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики подробно...
25 июня 2015, 09:06
О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики подробно...
25 июня 2015, 09:06
О предоставлении Г.Б.Гулиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
24 июня 2015, 09:06
О награждении работников машиностроительной промышленности медалью «Терегги» подробно...
23 июня 2015, 09:06
О награждении государственных служащих подробно...
23 июня 2015, 09:06
О присвоении государственным служащим почетного звания «Заслуженный государственный служащий» подробно...
19 июня 2015, 09:06
О присвоении Л.М.Грановской почетного звания «Заслуженный деятель науки» подробно...