“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 365-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 365-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3-cü maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti aparır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2016-cı il.
19 декабря 2016, 10:126 июня 2017, 10:06
О дополнительных мерах по улучшению обеспечения посевных площадей оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
5 июня 2017, 09:06
О предоставлении А.М.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
5 июня 2017, 09:06
О награждении работников водного хозяйства и мелиорации медалью «Терегги» подробно...
5 июня 2017, 09:06
О присвоении работникам водного хозяйства и мелиорации почетного звания «Заслуженный инженер» подробно...
2 июня 2017, 09:06
О назначении К.Дж.Джафарова главой Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
Об освобождении И.И.Мамедова от должности главы Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
О награждении А.М.Велиевой орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О награждении Ф.А. Ализаде орденом «Шараф» подробно...
23 мая 2017, 09:05
О награждении И.С.Гулиева орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О предоставлении Ф.Г.Саттаровой персональной пенсии Президента Азербайджанской Республики подробно...