“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 438-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 438-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2016-cı il.
19 декабря 2016, 10:127 декабря 2016, 09:12
Об утверждении стратегических дорожных карт по национальной экономике и основным секторам экономики подробно...
7 декабря 2016, 09:12
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Тертер подробно...
7 декабря 2016, 09:12
Об отзыве И.Б.Вагабзаде с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Беларусь и одновременно постоянного полномочного представителя Азербайджанской Республики при уставных и других органах Содружества Независимых Государств подробно...
7 декабря 2016, 09:12
О награждении сотрудников Счетной палаты Азербайджанской Республики подробно...
6 декабря 2016, 10:12
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Зардаб подробно...
2 декабря 2016, 09:12
Участникам международной конференции «Традиции религиозной толерантности на Кавказе и модель мультикультурализма Азербайджана» подробно...
2 декабря 2016, 09:12
О присвоении работникам сферы связи и информационных технологий в Азербайджанской Республике почетного звания «Заслуженный инженер» подробно...
2 декабря 2016, 09:12
О награждении работников сферы связи и информационных технологий в Азербайджанской Республике подробно...
30 ноября 2016, 09:11
Участникам XXII международной выставки и конференции телекоммуникаций и информационных технологий «Bakutel-2016» подробно...
29 ноября 2016, 09:11
О награждении А.Г.Лукашенко орденом «Гейдар Алиев» подробно...