“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 389-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 389-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2016-cı il.
15 декабря 2016, 10:127 сентября 2016, 09:09
О награждении Э.И.Алиевой орденом «Шохрат» подробно...
7 сентября 2016, 09:09
О назначении А.М.Гусейнова генеральным консулом Азербайджанской Республики в городе Тебриз Исламской Республики Иран подробно...
7 сентября 2016, 09:09
О назначении Р.Ф.Асланова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Аргентинской Республике подробно...
7 сентября 2016, 09:09
О назначении А.Х.Худуева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Украине подробно...
7 сентября 2016, 09:09
Об отзыве Н.Г.Алиева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Молдова подробно...
7 сентября 2016, 09:09
Об отзыве П.О.Шахбазова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Федеративной Республике Германия подробно...
7 сентября 2016, 09:09
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Билясувар подробно...
6 сентября 2016, 09:09
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Масаллы подробно...
6 сентября 2016, 09:09
О некоторых мерах по развитию деятельности центров «ASAN xidmət», поощрению их работников и волонтеров подробно...
5 сентября 2016, 10:09
О внесении изменений в Распоряжение Президента Азербайджанской Республики от 11 апреля 2016 года номер 1944 «О создании Открытого акционерного общества «Заготовка и снабжение продовольственной продукцией» подробно...