“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.3-cü bənddə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin;
2.2. 2.3.4-cü yarımbənddən “həyata keçirir” sözləri çıxarılsın;
2.3. aşağıdakı məzmunda 2.3.5-ci yarımbənd əlavə edilsin:
“2.3.5. həmin Qanunun 2 nömrəli əlavəsinin 5-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növləri üzrə Milli Televiziya və Radio Şurası həyata keçirir;”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2016-cı il.
8 декабря 2016, 10:1220 октября 2016, 09:10
О присвоении группе энергетиков Азербайджана почетного звания «Заслуженный инженер» подробно...
19 октября 2016, 09:10
О награждении В.Ф.Алескерова орденом «За службу Отечеству» 2-й степени подробно...
13 октября 2016, 09:10
О подготовке проектов соответствующих правовых актов в связи с вступлением в силу Акта референдума Азербайджанской Республики «О внесении изменений в Конституцию Азербайджанской Республики», принятого в результате референдума от 26 сентября 2016 года подробно...
13 октября 2016, 09:10
О награждении работников железнодорожного транспорта Азербайджана подробно...
13 октября 2016, 09:10
О предоставлении И. А. Мамедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
13 октября 2016, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» работникам Закрытого акционерного общества «Азербайджанские железные дороги» подробно...
12 октября 2016, 09:10
О двадцать пятой годовщине восстановления государственной независимости Азербайджанской Республики подробно...
12 октября 2016, 09:10
О повышении размера персональной пенсии Президента Азербайджанской Республики подробно...
12 октября 2016, 09:10
Об усилении социальной защиты лиц, которым присвоено звание Национального героя Азербайджана подробно...
7 октября 2016, 09:10
О присуждении юным талантам специальной стипендии подробно...