Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illərdə iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olmuşdur.

 

Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə müəyyən edilmiş, beynəlxalq və yerli ekspertlərlə birlikdə dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları təhlil edilmişdir. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanmışdır.

Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Turizm Şurası yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Turizm Şurasının (bundan sonra - Şura) əsas məqsədi Azərbaycan Respublikasında turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir;

2.2. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə əsasında, turizm sahəsində dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə imkanlarının artırılması, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növlərinin müvafiq turizm marşrutları yaradılmaqla təşviq edilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri olan ixtisaslaşmış turizm və əyləncə sektorunun inkişafı ilə bağlı strategiya layihəsinin icra mexanizmlərinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamənin layihəsini və Şuranın tərkibinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı tələb olunan vəsaitin nəzərdə tutulmasını təmin etsin;

3.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təklifləri əsasında Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2016–2017-ci illər üzrə fəaliyyət planını hazırlayıb təsdiq etsin və zəruri maliyyələşməni təmin etsin;

3.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görsün;

3.7. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.9. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.10. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi:

4.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etsin;

4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.6. Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planlarını hazırlayıb təsdiq etsin və onların pasportlarının dövlət qeydiyyatına alınmasını təmin etsin;

4.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm potensialı olan məkanlara turistlərin cəlb edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.9. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.10. müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən turizm ehtiyatları, turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılmasını altı ay müddətində təmin etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm sahəsinin inkişafına dair yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün fəaliyyət planını hazırlayaraq üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Milli Məclisinə “Turizm haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 sentyabr 2016-cı il.

2 сентября 2016, 09:09

http://www.azertag.net

41—50 из 3607

25 января 2023, 08:01

Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации о сотрудничестве и взаимодействии в целях согласованного развития пунктов пропуска через государственную границу между Азербайджанской Республикой и Российской Федерацией и транспортных подходов к ним»   подробно...

24 января 2023, 10:01

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по приведению национальной системы стандартизации в соответствие с международными требованиями на 2023-2025 годы»   подробно...

13 января 2023, 14:01

Указ Президента Азербайджанской Республики О повышении размера социальных пособий и внесении изменений в Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29 августа 2013 года номер 973   подробно...

13 января 2023, 14:01

Распоряжение Президента Азербайджанской Республики О повышении размера пенсии Президента Азербайджанской Республики участникам Великой Отечественной войны 1941-1945 годов, лицам, работавшим во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденным медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда», и внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «Об учреждении пенсии Президента Азербайджанской Республики для участников Великой Отечественной войны 1941-1945 годов, лиц, работавших во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденных медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда» от 2 июля 2012 года номер 2320   подробно...

13 января 2023, 08:01

Распоряжение Президента Азербайджанской Республики О назначении судей ряда судов первой инстанции   подробно...

11 января 2023, 15:01

Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Израиль   подробно...

5 января 2023, 15:01

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению социального благосостояния населения   подробно...

28 декабря 2022, 15:12

Распоряжение Президента Азербайджанской Республики О назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Нидерландов Р.С.Мустафаева одновременно постоянным представителем Азербайджанской Республики в Организации по запрещению химического оружия с резиденцией в городе Гаага   подробно...

28 декабря 2022, 15:12

Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Алиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Катар   подробно...

28 декабря 2022, 15:12

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Р.Ф.Исмаилова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Катар   подробно...