“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2014-cü il 22 dekabr tarixli 944 nömrəli Sərəncamına uyğun olaraq, 2014-cü il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır.

 

Azərbaycan Respublikasının Milli Məclisi:

Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını;

Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası Qanununun olmamasını;

Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını;

bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq,

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qərara alır:

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 fevral tarixli 39 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra “Hökumət təminatı” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

3. Sazişin əsas mətninə edilmiş on iki (12) Əlavə və bir (1) Qoşma (bundan sonra “Əlavələr” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 aprel 2015-ci il.

23 апреля 2015, 09:04

http://www.azertag.net

3581—3590 из 3607

28 декабря 2013, 09:12

Обращение Милли Меджлиса Азербайджанской Республики по случаю Дня солидарности азербайджанцев мира   подробно...

28 декабря 2013, 09:12

Об укреплении материально-технической базы Национального Паралимпийского Комитета Азербайджанской Республики   подробно...

27 декабря 2013, 09:12

О дополнительных мерах по улучшению экологической ситуации, охране и использованию озера Беюкшор   подробно...

26 декабря 2013, 09:12

О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики   подробно...

26 декабря 2013, 09:12

О присвоении М.А.Велиеву воинского звания генерал-лейтенанта   подробно...

26 декабря 2013, 09:12

О присвоении И.А.Алекберову воинского звания генерал-лейтенанта   подробно...

26 декабря 2013, 09:12

О присвоении А.И.Юсифову воинского звания генерал-майора   подробно...

26 декабря 2013, 09:12

О присвоении Б.Г.Эйюбову воинского звания генерал-полковника   подробно...

26 декабря 2013, 09:12

О дополнительной поддержке обеспечения производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой   подробно...

24 декабря 2013, 09:12

О внесении изменений в Распоряжение Президента Азербайджанской Республики от 2 июля 2012 года номер 2320 «Об учреждении пенсии Президента Азербайджанской Республики для участников Великой Отечественной войны 1941-1945 годов»   подробно...