Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 sentyabr 2014-cü il.
24 сентября 2014, 09:0930 июня 2014, 09:06
О присвоении Р.К.Теймурову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
30 июня 2014, 09:06
О назначении А.Ф.Салманова почетным консулом Азербайджанской Республики в городе Харьков Украины подробно...
27 июня 2014, 16:06
Азербайджан откроет посольство в Алжире подробно...
27 июня 2014, 16:06
Назначен новый заместитель министра сельского хозяйства Азербайджана подробно...
27 июня 2014, 09:06
О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики подробно...
27 июня 2014, 09:06
О награждении государственных служащих подробно...
27 июня 2014, 09:06
О проведении 90-летнего юбилея Наби Хазри подробно...
27 июня 2014, 09:06
О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики подробно...
27 июня 2014, 09:06
О предоставлении Н.Ш.Сеидзаде персональной пенсии Президента Азербайджанской Республики подробно...
27 июня 2014, 09:06
О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики подробно...