О государственной комиссии по демаркации государственной границы между Азербайджанской Республикой и Российской Федерацией


Дата релиза: 30.06.2002

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikasının dövlət idarəetmə strukturunda aparılan dəyişiklikləri nəzərə alaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası aşağıdakı tərkibdə təsdiq olunsun:

Komissiyanın sədri:

Xələfov Xələf Alı oğlu

xarici işlər nazirinin müavini

Komissiyanın sədr müavini:

Məmmədov Qərib Şamil oğlu

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Komissiyanın üzvləri:

Quliyev Elçin İsaq oğlu

milli təhlükəsizlik nazirinin müavini -sərhəd qoşunlarının komandanı

Zalov Oruc İbrahim oğlu

daxili işlər nazirinin müavini

Cəfərov Eyvaz Məmməd oğlu

müdafiə nazirliyinin əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi

Qafarov Zavər Murad oğlu

ədliyyə nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi

Nağıyev Azad Sabir oğlu

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin topoqrafiya və geodeziya şöbəsinin rəisi

2. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası haqqında» 1999-cu il 15 yanvar tarixli 59 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 iyun 2002-ci il

№ 965

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 372) («LegalActs» LLC).

© LegalActs LLC