Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:

1. 278.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“278.1.1. “Xilasetmə haqqında” 1989-cu il tarixli Beynəlxalq Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq, müvafiq halda xüsusi təzminat ilə əlaqədar hər hansı bir tələb və ya ümumi qəza üzrə ianə daxil olmaqla, xilasetmə ilə əlaqədar tələblərə;”.

2. 280.1.1.1-ci maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “333 min” sözləri “3,02 milyon” sözləri ilə əvəz edilsin.

3. 280.1.1.2-ci maddədə “501” rəqəmi “2001” rəqəmi ilə, “3000” rəqəmi “30000” rəqəmi ilə, “500” (birinci halda) rəqəmi “2000” rəqəmi ilə, “500” (ikinci halda) rəqəmi “1208” rəqəmi ilə əvəz edilsin.

4. 280.1.1.3-cü maddə ləğv edilsin.

5. 280.1.1.4-cü maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “250” rəqəmi “906” rəqəmi ilə əvəz edilsin.

6. 280.1.1.5-ci maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “167” rəqəmi “604” rəqəmi ilə əvəz edilsin.

7. 280.1.2.1-ci maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “167 min” sözləri “1,51 milyon” sözləri ilə əvəz edilsin.

8. 280.1.2.2-ci maddədə “501" rəqəmi “2001” rəqəmi ilə, “3000” rəqəmi “30000” rəqəmi ilə, “500” rəqəmi “2000” rəqəmi ilə, “167” rəqəmi “604” rəqəmi ilə əvəz edilsin.

9. 280.1.2.3-cü maddədə “3001” rəqəmi “30001” rəqəmi ilə, “500” rəqəmi “2000” rəqəmi ilə, “125” rəqəmi “453” rəqəmi ilə əvəz edilsin.

10. 280.1.2.4-cü maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “83” rəqəmi “302” rəqəmi ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2017-ci il.

6 November 2017, 09:11

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...