Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 538 VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 718; 2007, № 5, maddə 460, № 11, maddə 1117; 2008, № 6, maddələr 496, 497; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 182; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1115; 2014, № 10, maddə 1180; 2015, № 8, maddə 913; 2016, № 5, maddə 880, № 6, maddə 1031; 2017, № 3, maddə 388, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.7-1-ci bəndə “avadanlıqların” sözündən sonra “, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların” sözləri əlavə edilsin.
2. 11.2-1-ci bəndə “avadanlıqların” sözündən sonra “, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların” sözləri və “nəqliyyat vasitələrinə” sözlərindən sonra “, yüklərə və başqa əşyalara Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi qaydada” sözləri əlavə edilsin.
3. 11.3-cü bənddə “və digər aidiyyəti orqanların” sözləri “orqanlarının” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2017-ci il.
7 September 2017, 10:096 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...