Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”ni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12; 2001, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57; 2005, № 4, maddə 274, № 7, maddə 590; 2006, № 11, maddə 926; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009, № 6, maddələr 399, 406; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddə 273, № 7, maddə 599; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1041; 2013, № 2, maddə 93; 2016, № 2, I kitab, maddə 192) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 114-cü maddəsinin dördüncü hissəsində “Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2017-ci il.

17 July 2017, 09:07

http://www.azertag.net

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...