“Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

 

Sizi – dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşmış görkəmli teatr peşəkarlarını səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar diləyirəm. Əminəm ki, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və xalqımızın həyat tərzi olan multikulturalizm şəraitində siz müzakirəsinə toplaşdığınız bir çox məsələlərin həllinə nail olacaq və sülh, qardaşlıq çağırışı olan multikulturalizm ideyalarını teatr kimi möhtəşəm mədəniyyət amilinin köməyi ilə dünyaya yayacaqsınız.

Azərbaycan teatrının ləyaqətli tarixi var. Belə ki, XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verir, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradır. Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mənəvi iqlimi şəraitində yaranmışdır.

144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində artıq dördüncü dəfədir Beynəlxalq Teatr Konfransı keçirir. Sevindirici haldır ki, builki Konfrans respublikamızda elan olunmuş “Multikulturalizm ili” tədbirləri sırasındadır və Azərbaycan multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında da tanınmasına öz töhfəsini verir.

Təqdirəlayiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının “Teatr və multikulturalizm” mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səyləri birləşdirməkdən ibarətdir. Bu, çox nəcib və xeyirxah əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir.

Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu Konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasındakı mədəni-dostluq tellərini daha da möhkəmləndirəcəklər.

Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2016-cı il.

10 November 2016, 09:11

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...