“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015-ci il, №8, maddə 903) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.1.2-ci maddədə “buraxılmış” sözündən sonra “Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən” sözləri əlavə edilsin.

2. 14.2.4-cü maddədə “məlumat” sözündən sonra “(ərizədə qeyd olunmaqla)” sözləri əlavə edilsin.

3. 14.2.5-ci maddədə “həmin avtonəqliyyat vasitələrinin” sözləri “Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş istismar müddəti tələblərinə cavab verdiyini təsdiq edən avtonəqliyyat vasitələrinin buraxılış ili haqda və” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 14.2.8-1-ci maddə əlavə edilsin:

“14.2.8-1. taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə.”.

5. 15.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir və müvafiq xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir.”.

6. 15.2.6-cı maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunla müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.

7. 15.4-cü maddənin dördüncü cümləsində “üçün” sözündən sonra “(avtonəqliyyat vasitəsinin başqası ilə əvəz olunması halları istisna olmaqla)” sözləri əlavə edilsin.

8. 15.5-ci maddədə:

8.1. birinci cümlədə “sərnişin” sözü “Taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla, sərnişin” sözləri ilə əvəz edilsin;

8.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir.”.

9. 27.2-ci maddədə “19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan” sözləri “21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən” sözləri ilə əvəz edilsin.

10. 27.3-cü maddədən “, o cümlədən taksi minik avtomobillərinin” sözləri çıxarılsın və aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilsin:

“Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il.

23 December 2015, 09:12

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...