2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:

 

1. 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

 

Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəb

Abşeron rayonu Masazır kənd 2 nömrəli tam orta məktəb

Ağdaş şəhəri Müşfiq İsayev adına tam orta məktəb

Ağstafa rayonu Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb

Ağstafa şəhəri 1 nömrəli tam orta məktəb

Akademik Zərifə Əliyeva adına lisey

Astara şəhəri 2 nömrəli tam orta məktəb

Babək rayonu Babək qəsəbə tam orta məktəbi

Bakı şəhəri 145 nömrəli tam orta məktəb

Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey

Bakı şəhəri 264 nömrəli tam orta məktəb

Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi

Bakı şəhəri 83 nömrəli məktəb-lisey

Bakı şəhəri 98 nömrəli tam orta məktəb

Bakı şəhəri Texniki-humanitar lisey

Balakən rayonu Humanitar və texniki təmayüllü lisey

Bərdə şəhəri 2 nömrəli tam orta məktəb

Bərdə şəhəri 4 nömrəli tam orta məktəb

Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəb

Gədəbəy rayonu Slavyanka kənd 1 nömrəli tam orta məktəb

Xızı şəhər tam orta məktəbi

Xocavənd rayonu 2 nömrəli tam orta məktəb

İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbi

Kürdəmir şəhəri 3 nömrəli tam orta məktəb

Quba rayonu Qaraçay kənd tam orta məktəbi

Qusar şəhəri 2 nömrəli tam orta məktəb

Lənkəran şəhəri 4 nömrəli məktəb-lisey

Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəb

Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey

Naxçıvan şəhəri 9 nömrəli tam orta məktəb

Neftçala şəhəri 4 nömrəli tam orta məktəb

Oğuz şəhəri 3 nömrəli tam orta məktəb

Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbi

Saatlı rayonu Qaracalar kənd tam orta məktəbi

Salyan şəhəri 4 nömrəli tam orta məktəb

Siyəzən şəhəri 1 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri “Təfəkkür” liseyi

Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəb

Şahbuz şəhəri 2 nömrəli tam orta məktəb

Şəki şəhəri 18 nömrəli tam orta məktəb

Şəki şəhəri 7 nömrəli tam orta məktəb

Şəki şəhəri 8 nömrəli tam orta məktəb

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəb

Şirvan şəhəri 16 nömrəli tam orta məktəb

Şirvan şəhəri 21 nömrəli tam orta məktəb

Yardımlı rayonu Çayüzü kənd tam orta məktəbi

Yevlax şəhəri 5 nömrəli tam orta məktəb

Zaqatala rayonu Humanitar fənlər gimnaziyası

Zaqatala rayonu Texniki fənlər təmayüllü lisey

 

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 dekabr 2014-cü il.

18 December 2014, 09:12

http://www.azertag.net

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...