Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; 2019, № 2, maddələr 218, 236, № 4, maddə 625, № 5, maddələr 848, 855) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə:

1.1.1. 7.1.1-ci yarımbəndin “Tədbir 1.1.4: KOS evinin yaradılması” yarımbəndinin ikinci abzasında “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)” sözləri “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözləri ilə, 7.2-ci bəndin dördüncü abzasının adında “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)” sözləri “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözləri ilə, 7.2-ci bəndin dördüncü abzasının birinci və ikinci cümlələrində, 7.3-cü bənddə hər iki halda, 7.3.1-ci yarımbəndin “Tədbir 3.1.1: KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi” yarımbəndində və “Tədbir 3.1.2: KOS-un beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasına dəstək göstərilməsi” yarımbəndinin ikinci abzasının ikinci cümləsində, 7.3.2-ci yarımbəndin “Tədbir 3.2.1: İxrac assosiasiyalarının inkişaf etdirilməsi” yarımbəndinin ikinci abzasının birinci cümləsində və beşinci abzasında, 7.4-cü bəndin üçüncü abzasının birinci cümləsində, 7.4.2-ci yarımbənddə hər iki halda ismin müvafiq hallarında “AZPROMO” sözü ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” üzrə:

1.2.1. “10. Tədbirlər Planı” hissəsində:

1. 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərin “Tədbirin adı”, “Əsas icraçı” və “Digər icraçılar” sütunları aşağıdakı redaksiyada verilsin:

 

Tədbirin adı

Əsas icraçı

Digər icraçılar

1.3.1.

Sənayedə istifadə olunmayan aktivlərin mərkəzi reyestrinin yaradılması

İqtisadiyyat Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyi

1.3.2.

Mərkəzi reyestrə daxil olan aktivlərin qiymətləndirilməsi

İqtisadiyyat Nazirliyi

 

       2. həmin hissəyə aşağıdakı məzmunda 1.3.1-1-ci və 1.3.2-1-ci yarımbəndlər əlavə edilsin:

Tədbirin adı

Əsas icraçı

Digər icraçılar

1.3.1-1.

Sənayedə istifadə olunmayan təbii resursların mərkəzi reyestrinin yaradılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

1.3.2-1.

Mərkəzi reyestrə daxil olan təbii resursların qiymətləndirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

3. əlavə edilmiş 1.3.1-1-ci və 1.3.2-1-ci yarımbəndlərin “İcra müddəti” sütununa müvafiq olaraq “2017”, “2018–2020” rəqəmləri daxil edilsin;

4. 2.1.1-ci, 2.1.2-ci və 3.1.1-ci yarımbəndlərin “Digər icraçılar” sütununda “AZPROMO” sözü “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 4.3-cü bəndin yeddinci abzasının üçüncü cümləsində “Turizm Şurasının” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.3.2. “7. Strateji hədəflər” hissəsində 7.1-ci bəndin birinci abzasının ikinci cümləsində, 7.1.4-cü yarımbəndin “Tədbir 1.4.4: 2020-ci ildən sonra çimərlik turizminin təşviqi üzrə fəaliyyət planının hazırlanması” yarımbəndinin birinci abzasının birinci cümləsində, 7.2.1-ci yarımbəndin “Tədbir 2.1.2: Turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə işçi qrupların yaradılması”, “Tədbir 2.1.3: Strateji Yol Xəritəsinin prioritetlərinin nəzərdən keçirilməsi və icrasına başlanılması üçün mövcud proqramlara zəruri dəyişikliklərin edilməsi məqsədilə təkliflərin verilməsi” və “Tədbir 2.1.4: Prioritetlərin həyata keçirilməsi üçün monitorinq sisteminin yaradılması” yarımbəndlərinin birinci abzaslarının birinci cümlələrində, 7.2.5-ci yarımbəndin “Tədbir 2.5.2: Azərbaycanda aviaşirkətlərin sayının artırılması məqsədilə uyğun qiymətə xidmətlər təklif edən şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasının dəstəklənməsi” yarımbəndinin üçüncü abzasının ikinci cümləsində, 7.3.1-ci yarımbəndin “Tədbir 3.1.2: Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” yarımbəndinin birinci abzasının ikinci cümləsində, “Tədbir 3.1.3: Qalaaltı, Naftalan və Duzdağdakı mövcud yerləşdirmə alternativlərində, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması” yarımbəndinin birinci abzasının birinci cümləsində, “Tədbir 3.1.4: Bakı və Naftalan arasında sürətli və yüksəkkeyfiyyətli avtobus və qatar xidmətlərinə başlanılması” yarımbəndinin birinci abzasının ikinci cümləsində, 7.3.2-ci yarımbəndin “Tədbir 3.2.1: Nəqliyyat seçimlərinin yaxşılaşdırılması” yarımbəndinin birinci abzasının üçüncü cümləsində, “Tədbir 3.2.2: Qış turizm mərkəzlərində iclas, beynəlxalq konfrans və digər işgüzar tədbirlərin keçirilməsi” yarımbəndinin birinci abzasında, 7.4.1-ci yarımbəndin “Tədbir 4.1.1: Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üçün işçi qrupun yaradılması” yarımbəndinin birinci abzasında, “Tədbir 4.1.5: Digər sektor nümayəndələri üçün maarifləndirici seminarların təşkili” yarımbəndinin birinci abzasında ismin müvafiq hallarında “Turizm Şurası” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3.3. “7. Strateji hədəflər” hissəsində “7.2.1. Prioritet 2.1. Turizm Şurasının fəaliyyətinin təşkili” sözləri “7.2.1. Prioritet 2.1. Turizm sektorunda koordinasiyanın təşkili” sözləri ilə, “10. Tədbirlər Planı” hissəsində isə “2.1. Turizm Şurasının fəaliyyətinin təşkili” sözləri “2.1. Turizm sektorunda koordinasiyanın təşkili” sözləri ilə əvəz edilsin;

1.3.4. 7.2.4-cü yarımbəndin “Tədbir 2.4.1: Beynəlxalq hava limanlarında, eləcə də bütün sərhəd buraxılış məntəqələrində viza verilməsi mexanizminin asanlaşdırılmasının nəzərdən keçirilməsi” yarımbəndinin birinci abzasının üçüncü cümləsində və 7.2.5-ci yarımbəndin “Tədbir 2.5.1: 1.1-ci prioritetdə müəyyən edilmiş Bakı şəhərinin 2017–2020-ci illər üzrə marketinq və kommunikasiya planına paralel olaraq liberal hava nəqliyyatı üzrə razılaşmaların əldə edilməsi məqsədilə işçi qrupun yaradılması” yarımbəndinin birinci abzasının ikinci cümləsində “Turizm Şurasının tərkibində” sözləri “Dövlət Turizm Agentliyinin daxilində” sözləri ilə əvəz edilsin;

1.3.5. 7.1.3-cü yarımbənddə “Tədbir 1.3.6: Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin olunması və onların fəaliyyətinin təşkili” sözləri “Tədbir 1.3.6: Xarici prioritet bazarlarda nümayəndəlik ofislərinin yaradılması” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin birinci abzasının birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi müvafiq dövlət qurumları ilə birlikdə” sözləri “Azərbaycan Turizm Bürosu” sözləri ilə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin edərək, onların fəaliyyətini” sözləri “turizm nümayəndəlik ofislərinin yaradılmasını” sözləri ilə əvəz edilsin;

1.3.6. “10. Tədbirlər planı” hissəsi üzrə:

1. 1.3.6-cı yarımbəndin “Tədbirin adı” sütununda “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin olunması və onların fəaliyyətinin təşkili” sözləri “Xarici prioritet bazarlarda nümayəndəlik ofislərinin yaradılması” sözləri ilə əvəz edilsin;

2. 3.1.3-cü yarımbəndin “Digər icraçılar” sütunundan “, Turizm Şurası” sözləri çıxarılsın;

3. 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərin “Əsas icraçı” sütununda “Turizm Şurası” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin və “Digər icraçılar” sütunundan “Dövlət Turizm Agentliyi,” sözləri çıxarılsın;

4. 4.1.5-ci yarımbəndin “Əsas icraçı” sütununda “Turizm Şurası” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin və “Digər icraçılar” sütunundan “Dövlət Turizm Agentliyi” sözləri çıxarılsın;

1.3.7. “Mündəricat” hissəsinin 7.1.1-ci yarımbəndində, “1. QISA XÜLASƏ” hissəsinin “Cədvəl 1. Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər üzrə gözlənilən nəticələr” bölməsinin 1.1-ci bəndinin ikinci sütununda, “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndinin dördüncü abzasının ikinci cümlələrində, “7. Strateji hədəflər” hissəsinin 7.1-ci bəndinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.1.1-ci yarımbəndinin adında, “Tədbir 1.1.1: Milli Turizm Təbliğat Bürosunun yaradılması” yarımbəndinin adında və birinci abzasının birinci cümləsində, “10. Tədbirlər planı” hissəsinin 1.1-ci bəndinin adında, 1.1.1-ci yarımbəndinin “Tədbirin adı” sütununda, 1.1.3-cü, 1.1.4-cü, 1.2.1–1.2.4-cü, 1.2.7–1.2.9-cu, 1.2.11-ci, 1.2.12-ci, 1.3.1–1.3.5-ci, 1.4.5-ci, 1.4.8-ci, 2.3.4-cü yarımbəndlərinin “Əsas icraçı” sütununda, 1.1.5-ci, 1.2.5-ci, 1.2.6-cı, 1.2.13-cü, 1.4.3-cü, 1.4.6-cı, 2.3.1-ci, 2.3.2-ci, 2.5.3-cü, 3.1.2-ci, 3.1.4-cü, 3.2.1-ci və 3.2.3-cü yarımbəndlərinin “Digər icraçılar” sütununda “Milli Turizm Təbliğat” sözləri “Azərbaycan Turizm” sözləri ilə, “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndinin beşinci abzasının dördüncü cümləsində “Milli Turizm Təbliğatı” sözləri “Azərbaycan Turizm” sözləri ilə əvəz edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” üzrə:

1.4.1. 7.1.1-ci yarımbəndin “Tədbir 1.1.5: Ərzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları üzrə vahid elektron informasiya portalının yaradılması” yarımbəndinin birinci abzasında, 7.6.1-ci yarımbəndin “Tədbir 6.1.1: Regionlarda meyvə, tərəvəz, kartof və bostan məhsulları üzrə topdansatış və logistika xidmətlərini həyata keçirən bazar infrastrukturu obyektlərinin qurulması” abzasının birinci cümləsində və 7.6.2-ci yarımbəndin “Tədbir 6.2.2: Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə tədarük sisteminin inkişaf etdirilməsi” abzasının ikinci cümləsində “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin;

1.4.2. “10. Tədbirlər planı” hissəsi üzrə:

1. 1.1.5-ci, 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü, 5.3.3-cü, 5.3.4-cü, 5.3.6-cı, 6.1.3-cü və 6.2.3-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC” sözləri “Aqrar tədarük və təchizat” ASC” sözləri ilə, 6.1.1-ci və 6.2.2-ci yarımbəndlərin “Əsas icraçı” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, 6.1.1-ci və 6.2.2-ci yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri çıxarılsın;

2. 1.3.2-ci, 7.3.4-cü, 7.4.1-ci, 8.1.1-ci, 8.2.3-cü, 8.4.1-ci, 8.4.2-ci, 8.4.3-cü, 8.4.5-ci və 8.4.6-cı yarımbəndlərin “Əsas icraçı” sütununda “Nazirlər Kabineti” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi, ” sözləri çıxarılsın;

3. 3.2.4-cü, 4.5.2-ci, 4.7.1-ci yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununa “Nazirliyi,” sözündən sonra, 4.4.2-ci və 8.1.4-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununa “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Qida Təhlükəsizliyi Agentliyi,” sözləri, 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütununa “Nazirliyi” sözündən sonra “, Qida Təhlükəsizliyi Agentliyi” sözləri və 8.2.9-cu yarımbəndin “Digər icraçılar/Tövsiyə” sütununa “yerli” sözündən əvvəl “Qida Təhlükəsizliyi Agentliyi, ” sözləri əlavə edilsin;

4. 4.5.1-ci və 4.5.3-cü yarımbəndlərin “Əsas icraçı” sütununda “Aqrolizinq” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi, ” sözləri çıxarılsın;

5. 9.3.1-ci yarımbəndin “Əsas icraçı” sütununda “Ədliyyə Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, “Digər icraçılar/Tövsiyə” sütununa “İqtisadiyyat” sözündən əvvəl “Ədliyyə Nazirliyi, ” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununda “AZPROMO-nun” sözü “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2020-ci il.

26 February 2020, 08:02

http://www.azertag.az

1—10 of 75

16 December 2022, 08:12

The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva   more...

12 April 2021, 21:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral   more...

11 September 2020, 21:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov   more...

1 September 2020, 09:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov   more...

20 August 2020, 21:08

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa   more...

1 April 2020, 23:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim   more...

25 February 2020, 08:02

The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov   more...

4 February 2020, 07:02

The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev   more...