“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1397-VQD nömrəli Qanununun tətbiqi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1397-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2019-cu il.

11 января 2019, 08:01

http://www.azertag.az

2461—2470 из 3607

11 января 2016, 09:01

О дополнительных мерах по строительству автомобильной дороги Сарыханлы-Бошчалылар-Джафарли-Алигулулар Имишлинского района   подробно...

7 января 2016, 09:01

О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Хамаркенд-Аббасабад Ярдымлинского района   подробно...

5 января 2016, 09:01

О назначении председателей ряда судов первой инстанции   подробно...

5 января 2016, 09:01

О назначении ряда судей судов первой инстанции и изменении должностей некоторых судей судов первой инстанции   подробно...

5 января 2016, 09:01

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры Азербайджана   подробно...

5 января 2016, 09:01

О назначении председателей коллегий Верховного суда Азербайджанской Республики   подробно...

5 января 2016, 09:01

О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...

5 января 2016, 09:01

О назначении Т.Ш.Махмудова председателем Гянджинского апелляционного суда   подробно...

30 декабря 2015, 09:12

О назначении заместителя председателя и аудиторов Счетной палаты Азербайджанской Республики   подробно...

30 декабря 2015, 09:12

О бюджете Государственного нефтяного фонда Азербайджанской Республики на 2016 год   подробно...