"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 160
Bakı şəhəri, 21 may 2014-cü il
"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komis-siyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 194, № 10, maddə 846; 2012, № 6, maddə 627) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci və 3-cü hissələrdə "Quba" sözü "Xaçmaz" sözü ilə əvəz edilsin;
1.2. həmin qərara əlavə - "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin ştat vahidlərinin sayı"nın "Regional bölmələr" sütununun beşinci sətrində "Quba" sözü "Xaçmaz" sözü ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 июня 2014, 14:067 мая 2014, 16:05
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66% подробно...
7 мая 2014, 11:05
В Азербайджане впервые будут созданы летние школы для учащихся подробно...
7 мая 2014, 11:05
В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон подробно...
7 мая 2014, 10:05
Издан «Русско-азербайджанский толковый юридический словарь» подробно...
6 мая 2014, 16:05
Министерство образования проведёт диагностику в бакинских школах подробно...
6 мая 2014, 14:05
Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано подробно...
6 мая 2014, 12:05
Вводятся особые стандарты качества интернета подробно...
6 мая 2014, 11:05
Изменено положение МЧС Азербайджана подробно...
6 мая 2014, 09:05
О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора подробно...
6 мая 2014, 09:05
О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...