Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 149

Bakı şəhəri, 16 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

  "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 743) ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.13. Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir.".

2. 1.14-cü bənddə "qanunvericiliklə müəyyənləşdirilmiş qaydada" sözləri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

5 июня 2014, 14:06

http://cabmin.gov.az/

2981—2990 из 3607

3 октября 2014, 16:10

Министр налогов Азербайджана создал отдел по решению организационных вопросов   подробно...

3 октября 2014, 09:10

Президенту Республики Корея Ее превосходительству госпоже Пак Кын Хе   подробно...

3 октября 2014, 09:10

Президенту Федеративной Республики Германия Его превосходительству господину Йоахиму Гауку   подробно...

2 октября 2014, 17:10

В Азербайджане будут разработаны профессиональные стандарты учителей   подробно...

2 октября 2014, 16:10

Министерство труда обещает помочь добросовестным работодателям, не успевшим зарегистрироваться в системе уведомления о работниках   подробно...

2 октября 2014, 09:10

Поздравление азербайджанскому народу по случаю Гурбан байрамы   подробно...

1 октября 2014, 09:10

О присвоении почетных званий работникам образования Азербайджанской Республики   подробно...

1 октября 2014, 09:10

О награждении медалью «Терегги» работников образования Азербайджанской Республики   подробно...

1 октября 2014, 09:10

Президенту Исламской Республики Афганистан Его превосходительству господину Ашрафу Гани Ахмадзаю   подробно...

1 октября 2014, 09:10

Председателю Китайской Народной Республики Его превосходительству господину Си Цзиньпину   подробно...