Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 950-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 950-IVQD nömrəli Qanununun 2015-ci il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2014-cü il.
4 июня 2014, 09:06
8 ноября 2016, 10:11
О награждении К.С.Иманова орденом «Шохрат» подробно...
8 ноября 2016, 10:11
О награждении работников телевидения и радио Азербайджанской Республики подробно...
8 ноября 2016, 10:11
О награждении работников телевидения и радио «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
8 ноября 2016, 10:11
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики подробно...
8 ноября 2016, 10:11
О присвоении почетных званий работникам телевидения и радио Азербайджанской Республики подробно...
7 ноября 2016, 09:11
О дополнительных мерах по строительству автомобильной дороги Балакен-Сарыбулаг-Габагчель-Халатала Балакенского района подробно...
7 ноября 2016, 09:11
О мерах по строительству автомобильной дороги Сабунчи-Рамана Сабунчинского района города Баку подробно...
3 ноября 2016, 09:11
О дополнительных мерах по строительству автомобильной дороги Самух-Физули-Ляк-Алибайрамлы-Гарабаглар-Чобанабдаллы-Самух Самухского района подробно...
2 ноября 2016, 10:11
О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингадулан-Ханагях Лерикского района подробно...
1 ноября 2016, 09:11
О дополнительных мерах по строительству автомобильной дороги Сиязань-Беюк Гамья-Баладжа Гамья-Джандахар Сиязаньского района подробно...