“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1111-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1111-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2018-ci il.

16 мая 2018, 08:05

http://www.azertag.az

1651—1660 из 3607

28 ноября 2017, 10:11

О предоставлении Ш.Г.Шарифову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

28 ноября 2017, 10:11

О награждении Э.Р.Велиева орденом «За службу Отечеству» 2-й степени   подробно...

28 ноября 2017, 10:11

О награждении лиц, имеющих заслуги в социально-экономическом и культурном развитии города Гянджа   подробно...

28 ноября 2017, 10:11

О награждении Ю.А.Юсибова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

27 ноября 2017, 09:11

О присвоении Г.A.Расуловой почетного звания «Заслуженный государственный служащий»   подробно...

27 ноября 2017, 09:11

О награждении M.А.Mусаева орденом «Шараф»   подробно...

24 ноября 2017, 09:11

О награждении A.Г.Aбиева орденом «Шараф»   подробно...

20 ноября 2017, 09:11

О предоставлении персональной пенсии Президента Азербайджанской Республики   подробно...

20 ноября 2017, 09:11

О награждении группы лиц, принимающих активное участие в общественно-политической жизни Азербайджанской Республики   подробно...

20 ноября 2017, 09:11

О присвоении почетного звания «Заслуженный государственный служащий»   подробно...