“Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 564; 2014, № 5, maddə 477; 2015, № 2, maddə 131; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 836) 1-ci hissəsinin ikinci abzasında “İqtisadiyyat Nazirliyi” sözləri, üçüncü abzasında “Səhiyyə Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2018-ci il.
14 мая 2018, 08:052 августа 2017, 09:08
О назначении В.Р.Абдуллаева заместителем исполнительного директора Фонда страхования вкладов подробно...
1 августа 2017, 09:08
О награждении X.И. Шихсаидова орденом «Dostluq» («Дружба») подробно...
1 августа 2017, 09:08
О присвоении почетных званий деятелям кино Азербайджана подробно...
1 августа 2017, 09:08
О проведении 75-летнего юбилея Муслима Магомаева подробно...
1 августа 2017, 09:08
О награждении Ч.А.Ганизаде орденом «Шохрат» подробно...
31 июля 2017, 10:07
О мерах по строительству автомобильной дороги Уджар-Герайбейли-Растаджа Уджарского района подробно...
27 июля 2017, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ени Дашкенд-Умудалылар Бардинского района подробно...
27 июля 2017, 09:07
О награждении А.И.Годжаева орденом «За службу Отечеству» 2-й степени подробно...
26 июля 2017, 09:07
О создании Гаджигабульского промышленного квартала подробно...
25 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Зиря-Тюркан Хазарского района города Баку подробно...