“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 996-VQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 996-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. qaz qurğularının, o cümlədən qazpaylayıcı şəbəkələrin istismarı vəziyyətinə nəzarəti həyata keçirmək və ondan irəli gələn məsuliyyət bölgüsünü müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasnamələrinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2004, № 7, maddə 526; 2007, № 6, maddə 601; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 291) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin yeddinci abzasında (ikinci halda), 3-cü maddəsinin 3-cü hissəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində (ikinci halda) və 5-ci hissəsinin ikinci cümləsində (ikinci və dördüncü hallarda), 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində (ikinci halda), 3-cü hissəsinin dördüncü abzasında (ikinci halda), 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsində (ikinci halda), 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində (ikinci halda), 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında (ikinci halda), 21-1-ci maddəsinin adında, birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində, 12-ci maddəsinin 5-ci hissəsinin birinci abzasının ikinci və dördüncü cümlələrində, ikinci abzasının ikinci cümləsində, 13-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində və 19-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 4-cü hissəsinin birinci abzasında və 12-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;
2.4. həmin Qanunun 1-ci maddəsinin yeddinci (birinci halda) və səkkizinci abzaslarında, 5-ci maddəsinin 3-cü hissəsinin ikinci və üçüncü cümlələrində, 7-ci maddəsinin birinci abzasının ikinci cümləsində, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində (birinci halda) və 5-ci hissəsinin ikinci cümləsində (birinci və üçüncü hallarda), 13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında, 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində (birinci halda), 3-cü hissəsinin üçüncü (hər iki halda) və dördüncü (birinci halda) abzaslarında, 21-1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində (birinci halda), 3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 13-cü maddəsinin 10-cu hissəsində, 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsində (birinci halda), 17-ci maddəsinin 1-ci hissəsində (birinci halda) və 2-ci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
2.6. həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsində, 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;
2.7. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
2.8. həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci cümlələrində, 4-cü hissəsinin ikinci cümləsində və 5-ci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 20-ci maddəsində və 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına, istismarı fəaliyyətinə münasibətdə isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
2.9. həmin Qanunun 13-cü maddəsinin 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
2.10. həmin Qanunun 15-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 17-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.11. həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında (birinci halda) və 21-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;
2.12. həmin Qanunun 1-ci maddəsinin yeddinci abzasında, 3-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində, 5-ci maddəsinin 2-ci hissəsində, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində, 5-ci hissəsinin ikinci cümləsində, 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində, 3-cü hissəsinin dördüncü abzasında, 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində və 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;
2.13. həmin Qanunun 21-1-ci maddəsinin adında və birinci cümləsində “qurum” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2018-ci il.
5 апреля 2018, 08:0429 марта 2023, 14:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству автомобильной дороги Агсу-Кюрдамир-Бахрамтепе (19 км)-Арабмехдибей-Дедели-Гасымбейли-Халилли-Мустафалы-Гёйделлекли-Текле-Делиляр-Гарагоюнлу-Кендоба Агсуинского района подробно...
28 марта 2023, 14:03
Распоряжение Президента Азербайджанской Республики О назначении специального представителя Президента Азербайджанской Республики в Лачинском районе, входящем в Восточно-Зангезурский экономический район подробно...
17 марта 2023, 16:03
Распоряжение Президента Азербайджанской Республики О награждении Р.М.Мамедова орденом «За службу Отечеству» 1-й степени подробно...
17 марта 2023, 16:03
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Э.Н.Мамедова от должности главы Исполнительной власти Ордубадского района Нахчыванской Автономной Республики подробно...
15 марта 2023, 15:03
Распоряжение Президента Азербайджанской Республики О награждение А.Р.Рзаева орденом «Эмек» 1-й степени подробно...
6 марта 2023, 13:03
Распоряжение Президента Азербайджанской Республики О награждении азербайджанских женщин медалью «Терегги» подробно...
1 марта 2023, 14:03
Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 апреля 2023 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
21 февраля 2023, 16:02
Распоряжение Президента Азербайджанской Республики О награждении А.И.Бабаева «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
21 февраля 2023, 16:02
Распоряжение Президента Азербайджанской Республики О награждении М.М.Аббасзаде орденом «Шараф» подробно...
15 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики Об освобождении О.Г.Эльдарова от должности ректора Азербайджанской академии художеств подробно...