2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin (referendumun) hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.

Qanunvericiliyin bu tələblərinə əməl olunması məqsədilə ölkəmizdə keçirilmiş seçkilərdə (referendumda) aşkarlıq institutlarının, xüsusilə də müşahidəçilik institutunun normal fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaradılmış, bununla yanaşı, seçici siyahılarının mütəmadi olaraq nümayiş etdirilməsi, seçicilərin səsvermədə aktivliyi, səsvermənin gedişi və ilkin nəticələri barədə məlumatların tam və operativ şəkildə ictimailəşdirilməsi, habelə ictimaiyyətin aparılan proseslərlə yaxından tanış edilməsi üçün davamlı tədbirlər görülmüş, bu prosesdə müvafiq avtomatlaşdırılmış informasiya sisteminin və kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilmişdir.

Müşahidəçi səlahiyyətləri əldə etmədən və seçki məntəqələrinə gəlmədən, geniş ictimaiyyət tərəfindən internet vasitəsilə səsvermənin gedişinin əvvəldən axıradək müşahidə edilməsi, qanunsuz müdaxilələr olmadan seçicilərə səsvermə şəraitinin yaradılması, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki (referendum) sənədləri ilə işin aparılması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq Azərbaycan Respublikasında keçirilən seçkilərdə və referendumlarda əlavə tədbirlər qismində, mövcud seçki məntəqələrinin 500-də (təqribən 10 faizində), sonradan isə 1000-də (təqribən 20 faizində) veb-kameralar tətbiq etmişdir.

Seçki mütəxəssisləri, habelə ölkəmizdə səsvermənin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilmiş bu mütərəqqi təcrübədən istifadə edən xarici dövlətlərin sayı artmaqdadır.

Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində də bu ənənə davam etdirilməli, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlərə əməl olunduqdan sonra Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmalıdır. Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə azı 2 gün qalmışadək dərc edilməklə ictimailəşdirilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, habelə Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na uyğun olaraq qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü seçki məntəqələrində seçki prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının zəruriliyi prinsipləri əsas götürülərək, veb-kameraların quraşdırılması üçün lazım olan texniki və digər şərtlərin təmin edilməsilə əlaqədar müvafiq tədbirlər görülsün.

3. Proses başa çatdıqdan sonra veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə azı 2 gün qalmışadək dərc edilsin.

4. Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

2 апреля 2018, 08:04

http://www.azertag.az

2931—2940 из 3607

11 ноября 2014, 09:11

О награждении работников Государственной нефтяной компании Азербайджанской Республики   подробно...

11 ноября 2014, 09:11

Королю Камбоджи Его величеству Нородому Сиамони   подробно...

11 ноября 2014, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Гядабей-Новосаратовка-Гаравелиляр Гядабейского района   подробно...

7 ноября 2014, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Лиман-Нариманабад-Балыгчылар города Лянкяран   подробно...

6 ноября 2014, 09:11

О проведении реставрационных работ в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника   подробно...

30 октября 2014, 09:10

Президенту Многонационального государства Боливия Его превосходительству господину Эво Моралесу Айме   подробно...

30 октября 2014, 09:10

Президенту Федеративной Республики Бразилия Ее превосходительству госпоже Дилме Роуссефф   подробно...

29 октября 2014, 09:10

О назначении А.М.Рустамова судьей Верховного суда Азербайджанской Республики   подробно...

29 октября 2014, 09:10

Премьер-министру Турецкой Республики Его превосходительству господину Ахмету Давутоглу   подробно...

29 октября 2014, 09:10

Президенту Турецкой Республики Его превосходительству господину Реджепу Тайибу Эрдогану   подробно...