Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 avqust tarixli 951 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045, 1059) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə üzrə:
1.1. 2.1-ci bəndə “Məcəllənin” sözündən sonra “38-1-ci, 49-cu,” sözləri, “69-cu,” sözlərindən sonra “85.0.1-ci (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 91-ci,” sözləri, “104.4-cü,” sözlərindən sonra “111-ci, 123-1-ci,” sözləri, “152.1-152.3-cü,” sözlərindən sonra “152-1.1-ci, 152-2.1-ci, 152-2.2-ci,” sözləri, “155.6-cı,” sözlərindən sonra “156.2-ci,” sözləri, “221.2-ci,” sözlərindən sonra “222.1-ci,” sözləri, “235-ci,” sözlərindən sonra “236.2-ci,” sözləri, “296-cı,” sözlərindən sonra “298-ci,” sözləri və “306-cı,” sözlərindən sonra “307-1-ci,” sözləri əlavə edilsin;
1.2. 2.2-ci və 2.3-cü bəndlərə “152.1-152.3-cü,” sözlərindən sonra “152-1.1-ci, 152-2.1-ci, 152-2.2-ci,” sözləri və “155.6-cı,” sözlərindən sonra “156.2-ci,” sözləri əlavə edilsin;
1.3. 2.5-ci bəndə “Məcəllənin” sözündən sonra “38-1-ci, 49-cu,” sözləri, “69-cu,” sözlərindən sonra “85.0.1-ci (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 91-ci,” sözləri, “104.4-cü,” sözlərindən sonra “111-ci, 123-1-ci,” sözləri, “168-ci,” sözlərindən sonra “222.1-ci,” sözləri, “235-ci,” sözlərindən sonra “236.2-ci,” sözləri, “296-cı,” sözlərindən sonra “298-ci,” sözləri və “306-cı,” sözlərindən sonra “307-1-ci,” sözləri əlavə edilsin;
1.4. 2.9-cu bəndə “Məcəllənin” sözündən sonra “38-1-ci və 49-cu maddələrində,” sözləri, “69-cu maddəsində,” sözlərindən sonra “85.0.1-ci maddəsində (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 91-ci maddəsində,” sözləri, “104.4-cü,” sözlərindən sonra “111-ci, 123-1-ci,” sözləri, “168-ci,” sözlərindən sonra “222.1-ci,” sözləri, “235-ci,” sözlərindən sonra “236.2-ci,” sözləri, “296-cı,” sözlərindən sonra “298-ci,” sözləri və “306-cı,” sözlərindən sonra “307-1-ci,” sözləri əlavə edilsin.
2. 14.1-ci və 14.4-cü bəndlərə “85.0.1-ci” sözlərindən sonra “(yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulmasına münasibətdə)” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2013-cü il.

19 декабря 2013, 09:12

http://www.azertag.net

3221—3230 из 3607

3 июня 2014, 17:06

В Азербайджане ликвидируются суды присяжных   подробно...

3 июня 2014, 15:06

Под контроль ILO передал собственную Стратегию защиты и безопасности труда Азербайджан   подробно...

3 июня 2014, 14:06

Россия и Азербайджан договорились создать совместный инвестиционный фонд   подробно...

3 июня 2014, 09:06

О призыве с 1 по 30 июля 2014 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы   подробно...

2 июня 2014, 17:06

О награждении медалью «Терегги» работников гражданской авиации Азербайджанской Республики   подробно...

2 июня 2014, 17:06

О присвоении почетных званий работникам гражданской авиации Азербайджанской Республики   подробно...

2 июня 2014, 13:06

В Азербайджане будет запрещена свободная спортивная и любительская ловля рыбы   подробно...

2 июня 2014, 09:06

Устав, структура и штат Центра безопасности морского судоходства утверждены в Азербайджане   подробно...

2 июня 2014, 09:06

О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...

30 мая 2014, 09:05

О дополнительных мерах по ускорению социально-экономического развития Нефтчалинского района   подробно...