“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 861-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 861-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2017-ci il.
11 декабря 2017, 09:12
11 ноября 2014, 09:11
О награждении работников Государственной нефтяной компании Азербайджанской Республики подробно...
11 ноября 2014, 09:11
Королю Камбоджи Его величеству Нородому Сиамони подробно...
11 ноября 2014, 09:11
О дополнительных мерах по строительству автомобильной дороги Гядабей-Новосаратовка-Гаравелиляр Гядабейского района подробно...
7 ноября 2014, 09:11
О дополнительных мерах по строительству автомобильной дороги Лиман-Нариманабад-Балыгчылар города Лянкяран подробно...
6 ноября 2014, 09:11
О проведении реставрационных работ в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника подробно...
30 октября 2014, 09:10
Президенту Многонационального государства Боливия Его превосходительству господину Эво Моралесу Айме подробно...
30 октября 2014, 09:10
Президенту Федеративной Республики Бразилия Ее превосходительству госпоже Дилме Роуссефф подробно...
29 октября 2014, 09:10
О назначении А.М.Рустамова судьей Верховного суда Азербайджанской Республики подробно...
29 октября 2014, 09:10
Премьер-министру Турецкой Республики Его превосходительству господину Ахмету Давутоглу подробно...
29 октября 2014, 09:10
Президенту Турецкой Республики Его превосходительству господину Реджепу Тайибу Эрдогану подробно...