“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 876-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 876-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2017-ci il.

30 ноября 2017, 10:11

http://www.azertag.net

1341—1350 из 3607

19 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О награждении Серджо Маттареллы орденом «Гейдар Алиев»   подробно...

19 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О награждении Лауры Маттареллы орденом «Шохрат»   подробно...

19 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О награждении Энцо Моаверо-Миланези орденом «Достлуг»   подробно...

18 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Нидж-Мыхлыговаг-Емишанлы-Улудаш-Тиканлы-Абрых Габалинского района   подробно...

18 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О мерах по реконструкции Государственного историко-культурного и природного заповедника «Янардаг»   подробно...

18 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О ряде мер по обеспечению более широкого использования азербайджанского языка на электронном пространстве   подробно...

18 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О составе Межправительственной комиссии по торговому, экономическому, научному и технологическому сотрудничеству между Правительством Азербайджанской Республики и Правительством Республики Индия со стороны Азербайджанской Республики» от 18 октября 2007 года номер 2445   подробно...

16 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Министерства внутренних дел Азербайджанской Республики орденом «Азербайджан байрагы»   подробно...

16 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шараф» С.Б.Имамвердиева   подробно...

10 июля 2018, 08:07

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников органов дипломатической службы Азербайджанской Республики   подробно...