Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1385 nömrəli və 16 may tarixli 1398 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 4.11-ci bəndində “Azərbaycan Respublikasının Qanununa” sözləri “, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
24 июля 2017, 09:071 апреля 2014, 12:04
В Азербайджане создаются лаборатории по экспертизе рабочих мест подробно...
1 апреля 2014, 12:04
В Азербайджане создаются лаборатории по экспертизе рабочих мест подробно...
1 апреля 2014, 11:04
В Баку предотвращён незаконный захват территории образовательного учреждения подробно...
1 апреля 2014, 09:04
О дополнительных мерах по строительству автомобильных дорог Гарыкенд-Мискинли-Чалбурун и Гызылторпаг-Агбашлар Гядабейского района подробно...
31 марта 2014, 17:03
Издано руководство по оценке и подготовке инфраструктурных проектов в Азербайджане подробно...
31 марта 2014, 14:03
В Азербайджане ищут подрядчика на оценку населением судебной реформы. подробно...
31 марта 2014, 14:03
Азербайджан в 2014 году может остаться без урожая фруктов и ягод подробно...
31 марта 2014, 14:03
7 мая завершится тендер на обновление государственных социальных карт подробно...
31 марта 2014, 10:03
Выездные услуги государство стало оказывать массово и по графику подробно...
31 марта 2014, 09:03
О дополнительных мерах по строительству автомобильной дороги Губа-Кюпчал-Кюснет Губинского района подробно...