“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 758-VQD nömrəli Qanununun tətbiqi və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 758-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 96; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 433, № 10, maddə 1610) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “maddəsində” sözü “, 8.1.1 – 8.1.5-ci, 8.1.8 – 8.1.10-cu, 8.1.13-cü, 8.1.16-cı, 8.1.18-ci və 9.1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 6.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (1 nəfər), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (1 nəfər) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (1 nəfər) nəzərdə tutulur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyul 2017-ci il.

17 июля 2017, 10:07

http://www.azertag.net

3361—3370 из 3607

4 апреля 2014, 16:04

О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева   подробно...

4 апреля 2014, 15:04

Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря   подробно...

4 апреля 2014, 11:04

Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда   подробно...

4 апреля 2014, 08:04

О проведении 100-летнего юбилея Барат Шекинской   подробно...

4 апреля 2014, 08:04

О награждении орденом «Достлуг» А.С.Дзасохова   подробно...

3 апреля 2014, 11:04

Счётная палата готова выступить с ежегодным отчётом   подробно...

3 апреля 2014, 10:04

Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну   подробно...

3 апреля 2014, 10:04

О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям   подробно...

3 апреля 2014, 10:04

Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы»   подробно...

3 апреля 2014, 10:04

О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района   подробно...