“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3; 2003, № 1, maddə 15, № 12, I kitab, maddə 674; 2005, № 4, maddə 278; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2008, № 12, maddə 1044; 2013, № 11, maddə 1291; 2016, № 1, maddə 29) aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:
“Maddə 15-1. Şərabçılıq məhsullarının reklamı
15-1.1. Şərabçılıq məhsullarının reklamına dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsi ilə müəyyən olunur.
15-1.2. Aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz:
15-1.2.1. tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;
15-1.2.2. yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;
15-1.2.3. nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla).
15-1.3. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
15-1.4. Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.
15-1.5. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
15-1.6. Şərabçılıq məhsulları sertifikatlaşdırıldığı halda reklam oluna bilər. Reklamda sertifikatın nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.
15-1.7. Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsulları təklif oluna bilməz.
15-1.8. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2017-ci il.
12 июля 2017, 09:071 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Алар-Тезекенд-Учтепе-Алигасымлы-Джафарханлы Джалилабадского района подробно...
31 июля 2014, 15:07
Резких изменений налогового режима не будет – источник в правительстве Азербайджана подробно...
31 июля 2014, 14:07
Азербайджан не планирует вводить налог с продаж подробно...
31 июля 2014, 09:07
О строительстве нового административного здания Государственной миграционной службы Азербайджанской Республики подробно...
30 июля 2014, 11:07
Запросы фермеров на субсидирование поставок топлива частично отклонены в Азербайджане подробно...
25 июля 2014, 13:07
В Азербайджане учителей будут готовить по программам обучения нового поколения подробно...
24 июля 2014, 10:07
Президент Азербайджана принял спецпредставителя ЕС по Южному Кавказу подробно...
24 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги магистраль Баку-Губа – поселок Шураабад Хызинского района подробно...
24 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития Хызинского района подробно...
23 июля 2014, 09:07
О предоставлении М.А.Багирову персональной пенсии Президента Азербайджанской Республики подробно...