“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 682-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, №6, maddə 510) aşağıdakı məzmunda 31-1-ci maddə əlavə edilsin:
“Maddə 31-1. Qeysəriyyə kəsiyi əməliyyatı
Qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.
Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il.

28 ноября 2013, 09:11

http://www.azertag.net

3491—3500 из 3607

24 февраля 2014, 12:02

Координационная группа по развитию фондового рынка провела очередное заседание   подробно...

24 февраля 2014, 11:02

Государственный таможенный комитет Азербайджана: в январе объём почтовой внешней торговли удвоился   подробно...

21 февраля 2014, 10:02

Министерство экономики и промышленности Азербайджана получило утверждённые положение и структуру   подробно...

20 февраля 2014, 14:02

Разрешение иностранцам на оплачиваемую трудовую деятельность стало бланком строгой отчётности   подробно...

20 февраля 2014, 12:02

Обнуление таможенных пошлин не привело к увеличению импорта бензина Азербайджаном   подробно...

19 февраля 2014, 17:02

О награждении Р.С.Аушева орденом «Достлуг»   подробно...

19 февраля 2014, 15:02

Министерство налогов Азербайджана будет оказывать мобильные услуги налогоплательщикам   подробно...

19 февраля 2014, 15:02

С 3 марта заработает система электронной торговли недвижимостью в Азербайджане   подробно...

19 февраля 2014, 11:02

Азербайджанский инвестиционный саммит «2020 и вокруг: ускоряя экономический рост» состоится в Баку   подробно...

18 февраля 2014, 17:02

Официальные переговоры о дополнительном финансировании модернизации судебной системы Азербайджана состоятся 20 февраля   подробно...