“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775) aşağıdakı dəyişikliklər edilsin:
1. 9.2-ci maddənin birinci cümləsində “verir” sözü “tərtib edir” sözləri ilə əvəz edilsin.
2. 9.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
3. 12.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il.
25 мая 2017, 09:0510 июля 2014, 09:07
О награждении орденом «Шараф» З.И.Гаралова подробно...
10 июля 2014, 10:07
О назначении Ф.Р.Шафиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Чешской Республике подробно...
10 июля 2014, 09:07
Об отзыве Т.Т.Тагизаде с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике подробно...
9 июля 2014, 17:07
Абульфас Гараев: Отели не готовы принять 5 млн. туристов подробно...
9 июля 2014, 11:07
Университет ADA: свой Сенат, Опекунский совет, экспериментальные детсады и школы подробно...
9 июля 2014, 09:07
Об утверждении «Устава Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О назначении Х.М.Пашаева ректором Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О проведении 100-летнего юбилея Гылмана Илькина подробно...
9 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Джаирли-Гызылагадж-Еникенд Гейчайского района подробно...
9 июля 2014, 09:07
О присвоении Ф.Н.Азизову почетного звания «Заслуженный государственный служащий» подробно...