- Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir
1. Giriş
Bu gün Azər¬bay¬can dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.
Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azər¬bay¬¬canlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli li¬deri Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təs¬biti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlif¬ba¬sı və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust ta¬rix¬li 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haq¬qın¬da” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində nor¬mativ hüquqi akt¬lar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sa¬hə¬sinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəş¬ri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata ke¬¬çirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsas¬lı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.
Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların ha¬zır¬lan¬ma¬sı dövrün tələbi olaraq qalır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şə¬rai¬tin¬də zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proq¬ramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elm¬lər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının güc¬ləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil si¬yasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlmişdir və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
2. Dövlət Proqramının məqsədi
Dövlət Proqramının məqsədi Azərbaycan dili¬nin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qlo¬bal¬laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araş¬dır¬ma¬la¬rının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fun¬da¬men¬¬tal və tətbiqi tədqiqatları¬n inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləş¬di¬ril¬¬məsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini tə¬min etməkdir.
3. Dövlət Proqramının əsas vəzifələri
3.1. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
3.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı¬, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin in¬ki¬şaf etdirilməsi mexanizminin yaradılması;
3.1.2. dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi;
3.1.3. dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
3.1.4. dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;
3.1.5. dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;
3.1.6. dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;
3.1.7. dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;
3.1.8. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
3.1.9. dil və nitq mədəniyyətinin yüksəldilməsi;
3.1.10. Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;
3.1.11. Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.
4. Gözlənilən nəticələr
4.1.Dövlət Proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
4.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması;
4.1.2. dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq, Azərbaycan Mil¬li Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləş¬dirilməsi;
4.1.3. dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların mad¬di-texniki bazasının möhkəmləndirilməsi;
4.1.4. Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi;
4.1.5. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
4.1.6. qədim dillərin öyrənilməsi sahəsində dönüş yaradılması və müasir dünya dilçiliyi¬nin nəzəri səviyyəsinə uyğun elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi;
4.1.7. dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yük¬səl¬di¬lməsi;
4.1.8. dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi;
4.1.9. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qram¬ma¬tik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi;
4.1.10. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
4.1.11. mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi;
4.1.12. elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəy¬yən¬ləş¬di¬ri¬lməsi;
4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi;
4.1.14. Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbay¬can¬lılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanmasının təmin olunması;
4.1.15. Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması;
4.1.16. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi.
5. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq dövlət qurumlarının xərclər smetasında elmi tədqiqatların aparılması üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı
№
Tədbirin adı
İcraçılar İcra müddəti
(illər üzrə)
6.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi 6.1.1. Dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Ədliyyə Nazirliyi 2013-2015 6.1.2. Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pil-lələri üzrə yeni standartlarının hazırlanması Təhsil Nazirliyi,
Azərbaycan Milli
Elmlər Akademiyası 2013-2015 6.1.3. Qloballaşma dövrünün tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun struktu¬ru¬nun tək¬mil-ləş¬¬dirilməsi və maddi-texniki bazasının müasirləşdirilmə¬sinin təmin edilməsi Azərbaycan Milli Elmlər Akademiyası 2013 6.1.4. Milli transliterasiya standartlarının hazırlanması Azərbaycan Milli
Elmlər Akademiyası 2013-2014 6.1.5. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmiz¬liyinin qorunmasında, eləcə də ədəbi dilin normaları¬na əməl olunmamasının, reklamlarda, ictimai iaşə ob¬yekt¬lə¬rin¬də Azərbay¬can dilinin leksik və qrammatik qay¬da¬la¬rı¬nın pozul-ma¬sının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qay¬nar xəttin yaradılması Azərbaycan Milli Elm¬¬lər Akademi-ya¬sı,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya
Texno¬logi¬ya¬la¬rı Nazirliyi,
yerli icra hakimiyyəti orqanları 2013-2014 6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi 6.2.1. Azərbaycan Respublikasının xa-ric¬də¬ki diplomatik nü¬ma¬¬yən-dəliklərində əc¬nəbi vətəndaşlar, diaspor nüma¬¬yən¬də¬ləri və digər maraq göstərən şəxslər üçün təsərrüfathesablı Azər¬bay¬can dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması
Xarici İşlər Nazirliyi,
Təhsil Nazirliyi,
Azərbaycan Milli
Elmlər Akademiyası,
Mədəniyyət və Turizm Nazirliyi,
Diasporla İş üzrə
Dövlət Komitəsi 2015
6.2.2. Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olun-ma¬sının təmin edilməsi Təhsil Nazirliyi mütəmadi 6.2.3. Dövlət idarəçiliyində, kütləvi informasiya va¬si¬tə¬lə¬rində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olun¬ma¬sı məqsədilə maarifləndirmə tədbirlərinin və tre¬ninq¬lərin təşkil edilməsi Azərbaycan Milli Elm¬¬lər Akade¬mi¬-ya¬sı,
mərkəzi və yerli icra hakimiyyəti orqanları,
Mətbuat Şurası,
Milli Televiziya və Radio Şurası mütəmadi 6.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi 6.3.1. Ölkədə tədrisin digər dillərdə aparıldığı ümum¬təhsil müəs-sisələrində döv¬lət dilin¬in tədrisinin təmin edilməsi Təhsil Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası mütəmadi 6.3.2. Ölkədə qədim dünya dillərinin və qədim mə¬də¬niyyətlərin öyrənil-mə¬si üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi mütəmadi 6.3.3. Türk dillərinin fonetika, leksika və qrammatikasının mü¬qayisəli tədqiqi sahəsində işlərin inten¬siv-ləş¬di¬ril¬mə¬si, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi 2013-2020 6.3.4. Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənil¬məsi, sistemləşdirilməsi və tətbiqinin genişləndiril¬mə¬si ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mütəmadi 6.3.5. Azərbaycan dilinin müxtəlif dialekt və şivə¬lərinin müasir dövrün tələblərinə uyğun olaraq öyrə¬nil¬məsinin təmin edilməsi Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Xarici İşlər Nazirliyi,
Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi
6.3.6. Qloballaşma şəraitində Azər-baycanda dil situa¬si¬ya¬sı¬nın və dil-lərin qarşılıqlı əlaqəsinin öy¬rə¬nil-mə¬sinin intensivləşdirilməsi Azərbaycan Milli
Elmlər Akademiyası mütəmadi 6.3.7. Azərbaycana idxal olunan malların etiketlərində və adlarında isteh¬lak¬çı¬lar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi İqtisadi İnkişaf Nazirliyi,
Dövlət Gömrük Komitəsi,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mütəmadi 6.3.8. Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin nor¬-malarının pozulması hallarının qar¬şı¬sını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Milli Elmlər Akademiyası,
Mədəniyyət və Turizm Nazirliyi,
Əm¬lak Məsələləri Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları və bələdiyyələr
2013-2015 6.3.9. Milli transliterasiya standartları əsasında Azərbaycan əlif-basından digər əlifbalara transliterasiyanı həyata ke¬çi¬rən proqram təminatının hazırlanması Azərbaycan Milli Elmlər Akademiyası,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2013-2014 6.4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi 6.4.1. Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2015 6.4.2. Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcü¬mə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlan¬ma-sı Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2020 6.4.3. Azər¬baycan dilində in¬ter¬net resurslarının, elek¬¬tron və interaktiv dərslik¬¬lə¬rin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi Azərbaycan Milli
Elm¬¬lər Akade¬mi¬¬ya¬sı,
Təhsil Nazir-liyi,
Rabitə və İnfor¬ma¬si¬¬ya Texno¬logi¬ya¬¬la¬rı Nazirliyi mütəmadi 6.4.4. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazma-lar¬dan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradıl¬ma¬sı Azərbaycan Milli
Elm¬¬lər Akade¬mi¬¬ya¬sı,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2013-2015 6.4.5. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
Azərbaycan Milli Elmlər Akade¬mi¬¬ya¬sı 2013-2015 6.4.6. Azərbaycan dilində antiplagiat sistemin yaradılması
Azərbaycan Milli
Elm¬¬lər Akade¬mi¬¬ya¬sı,
Rabitə və İnfor¬ma¬si¬¬ya Texno¬logi¬ya¬¬la¬rı Nazirliyi,
Müəllif Hüquqları Agentliyi 2013-2016 6.4.7. Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlə¬rinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi Azərbaycan Milli
Elm¬¬lər Akade¬mi¬¬ya¬sı,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2020 6.5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği 6.5.1. Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği¬nin gücləndirilməsi Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Milli Televiziya və Radio Şurası,
Mətbuat Şurası mütəmadi
6.5.2. Televiziya və radio verilişlərində, yazılı və elektron mət¬buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldil¬mə¬sinin təmin edil¬məsi Azərbaycan Milli Elmlər Akademiyası,
Milli Televiziya və Radio Şurası,
Mətbuat Şurası,
Təhsil Nazirliyi mütəmadi 6.5.3. Teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması Milli Televiziya və Radio Şurası 2013 6.5.4. Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi Azərbaycan Milli
Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Milli Televiziya və Radio Şurası,
Mətbuat Şurası mütəmadi
3 июня 2014, 17:06
В Азербайджане ликвидируются суды присяжных подробно...
3 июня 2014, 15:06
Под контроль ILO передал собственную Стратегию защиты и безопасности труда Азербайджан подробно...
3 июня 2014, 14:06
Россия и Азербайджан договорились создать совместный инвестиционный фонд подробно...
3 июня 2014, 09:06
О призыве с 1 по 30 июля 2014 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
2 июня 2014, 17:06
О награждении медалью «Терегги» работников гражданской авиации Азербайджанской Республики подробно...
2 июня 2014, 17:06
О присвоении почетных званий работникам гражданской авиации Азербайджанской Республики подробно...
2 июня 2014, 13:06
В Азербайджане будет запрещена свободная спортивная и любительская ловля рыбы подробно...
2 июня 2014, 09:06
Устав, структура и штат Центра безопасности морского судоходства утверждены в Азербайджане подробно...
2 июня 2014, 09:06
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
30 мая 2014, 09:05
О дополнительных мерах по ускорению социально-экономического развития Нефтчалинского района подробно...