“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulanın ikinci abzasında və 3.2-ci bənddə “orqanlarının” sözü “orqanları və qurumlarının” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə” üzrə:

2.1. 1-ci bəndə “orqanları” sözündən sonra “və qurumları (bundan sonra – dövlət orqanları)” sözləri əlavə edilsin;

2.2. 11.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“11.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi – abituriyentlərin və imtahan verən digər şəxslərin, habelə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən müsabiqələrdə iştirak etmək istəyən şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatlar;”;

2.3. 11.5-ci yarımbənd ləğv edilsin;

2.4. 11.6-cı yarımbənddən “və mərkəzləşdirilmiş kredit reyestrində” sözləri çıxarılsın;

2.5. 11.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“11.7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası – “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mərkəzləşdirilmiş kredit reyestrində qeydiyyata alınan şəxslər, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanmış icbari sığorta müqavilələri üzrə sığortalılar və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması ilə bağlı həmin mülkiyyətçilər Azərbaycan Respublikası vətəndaşları olduqda şəxsiyyət vəsiqələri üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə, hüquqi şəxs olduqda isə hüquqi şəxs haqqında məlumatlar;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəri, 13 fevral 2017-ci il

14 февраля 2017, 09:02

http://www.azertag.net

71—80 из 3607

28 ноября 2022, 15:11

Распоряжение Президента Азербайджанской Республики О назначении В.А.Алиева председателем Правления Азербайджанского государственного информационного агентства (АЗЕРТАДЖ)   подробно...

25 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.В.Сипилина от должности помощника Первого вице-президента Азербайджанской Республики   подробно...

25 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики О назначении А.В.Сипилина помощником Президента Азербайджанской Республики – заведующим отделом Администрации Президента Азербайджанской Республики по вопросам военно-технического обеспечения   подробно...

25 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики О награждении В.В.Тимошенко орденом «Шохрат»   подробно...

25 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Г.Абиева орденом «За службу Отечеству» 1-й степени   подробно...

22 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики О награждении работников органов юстиции Азербайджанской Республики   подробно...

22 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших специальных званий сотрудникам Министерства юстиции Азербайджанской Республики   подробно...

21 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.А.Асланова от должности председателя Правления Азербайджанского государственного информационного агентства (АЗЕРТАДЖ)   подробно...

18 ноября 2022, 08:11

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Х.Н.Ахадова от должности помощника Первого вице-президента Азербайджанской Республики   подробно...

18 ноября 2022, 08:11

Распоряжение Президента Азербайджанской Республики О назначении Х.Н.Ахадова помощником Президента Азербайджанской Республики по социально-экономическим вопросам   подробно...