Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si |
Gəlir mənbələri |
Gəlirlərin məbləği (min manat) |
2.1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
6 094 053,0 |
2.2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər |
2 100,0 |
2.3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
12 600,0 |
2.4. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər |
602 790,1 |
2.5. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar |
21,0 |
|
Cəmi |
6 711 564,1 |
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №-si |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
3.1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
90 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert |
6 000 000,0 |
3.3. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
70 000,0 |
3.4. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
137 621,7 |
3.5. |
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi |
36 558,0 |
3.6. |
Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
1 822 800,0 |
3.7. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
24 420,0 |
|
Cəmi |
8 181 399,7 |
4. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2016-cı ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin.
5. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il.
30 декабря 2015, 09:1215 января 2014, 08:01
Распоряжение Президента Азербайджанской Республики О создании Университета «АДА» подробно...
15 января 2014, 08:01
Распоряжение Президента Азербайджанской Республики О проведении 90-летнего юбилея Нахчыванской Автономной Республики подробно...
14 января 2014, 09:01
Университет АДА учреждён в Азербайджане подробно...
14 января 2014, 09:01
Министерство туризма вносит новые пункты в проект закона «О туризме» подробно...
14 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шохрат» подробно...
13 января 2014, 15:01
Эксперт: жилые объекты формируют цены на недвижимость в Баку подробно...
13 января 2014, 14:01
Советник президента Академии наук провёл переговоры с руководством ABC подробно...
13 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики Об объявлении 2014 года в Азербайджанской Республике «Годом промышленности» подробно...
13 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики О материально-техническом обеспечении нового здания Музея азербайджанского ковра подробно...
29 декабря 2013, 09:12
О съемках многосерийного телевизионного художественного фильма по дастанам «Деде Горгуд» подробно...