Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673; № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4 maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95; № 4, maddə 327; № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368; № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692) aşağıdakı dəyişikliklər edilsin:
1. 45-ci maddənin mətni 45.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 45.2-ci maddə əlavə edilsin:
“45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.”.
2. 46.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.”.
3. 69.4-cü maddədə “Məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma” sözləri “Həbsdə saxlanılan şəxsə” sözləri ilə əvəz edilsin.
4. 78.1-ci maddənin birinci cümləsinə “cəzadan” sözündən əvvəl “qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş” sözləri əlavə edilsin.
5. 92-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“92.0. Şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir:
92.0.1. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay;
92.0.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
92.0.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə.”.
6. 214.1-ci maddəyə “digər hərəkətlər” sözlərindən sonra “(terror aktı)” sözləri əlavə edilsin.
7. 277-ci maddənin adından “(terror aktı)” sözləri çıxarılsın.
8. 300-cü maddəyə “məlumatlarının yayılması” sözlərindən sonra “ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud” sözləri əlavə edilsin.
9. 315.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“315.1. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə-”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
3 ноября 2015, 09:1115 февраля 2023, 15:02
О назначении Н.К.Алиева ректором Азербайджанской академии художеств подробно...
15 февраля 2023, 07:02
Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова председателем Государственного таможенного комитета Азербайджанской Республики подробно...
15 февраля 2023, 07:02
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Ш.С.Багирова от должности первого заместителя председателя Государственного таможенного комитета Азербайджанской Республики подробно...
13 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики О награждении государственных служащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики подробно...
11 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по обеспечению деятельности Алятской свободной экономической зоны подробно...
11 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики Об индексации трудовых пенсий подробно...
9 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки Общественной телерадиовещательной компании Азербайджанской Республики подробно...
9 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики О награждении А.Я.Шаровского «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
9 февраля 2023, 08:02
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане подробно...
8 февраля 2023, 08:02
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Конфедерации профсоюзов Азербайджана подробно...