2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2015-ci il tarixli 87 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Hüseynov Akif İsa oğlu 11 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 66 saylı Biləsuvar seçki dairəsi üzrə namizədliyi həmin blok tərəfindən irəli sürülmüş Zəki Mirzəkulla Mirövlə oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarının əsassız olmasını bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə A.İ.Hüseynov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 66 saylı Biləsuvar seçki dairəsi üzrə “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən M.M.Zəkinin namizədliyi irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası əsassız olaraq onu namizəd kimi qeydə almaqdan imtina etmişdir.

Araşdırma prosesində namizəd ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, habelə araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasda iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən 8 oktyabr 2015-ci il tarixli 25/79 saylı qərarında namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş M.M.Zəkinin namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 549 seçici imzasından 171-nin etibarsız olması göstərilmişdir. Belə ki, namizədin müdafiəsi üçün imza atmış 171 nəfər seçici yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edib, aldadılaraq imza verdiklərini, həmin imzaların namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında dəqiqliklə əks etdirməsə də, Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən, deputatlığa namizəd M.M.Zəkinin namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilər qeyd edilən məsələ ilə bağlı dairə seçki komissiyasına ərizə verdiklərini təsdiq etmişlər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən, seçki komissiyası namizədin qeydiyyata alınmasından onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Namizəd tərəfindən namizəd kimi qeydə alınması üçün təqdim edilmiş imzalardan 171-nin qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 378 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən dairə seçki komissiyasının digər əsaslarla etibarsız hesab etdiyi imzaların yoxlanılmasına zərurət qalmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 66 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 25/79 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113-1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Hüseynov Akif İsa oğlunun 11 oktyabr 2015-ci il tarixli 87 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 66 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 25/79 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

14 октября 2015, 09:10

http://www.azertag.net

2421—2430 из 3607

21 января 2016, 09:01

О повышении ежемесячных должностных (тарифных) окладов военнослужащих и не являющихся государственными служащими гражданских работников Особой службы государственной охраны Азербайджанской Республики   подробно...

21 января 2016, 09:01

О повышении ежемесячных должностных (тарифных) окладов военнослужащих и не являющихся государственными служащими гражданских работников Министерства обороны Азербайджанской Республики   подробно...

21 января 2016, 09:01

О повышении «Пенсии Президента Азербайджанской Республики для инвалидов войны» и внесении изменения в Указ Президента Азербайджанской Республики «Об учреждении «Пенсии Президента Азербайджанской Республики для инвалидов войны» от 9 сентября 2008 года номер 823   подробно...

19 января 2016, 09:01

О повышении заработной платы работников учебных заведений   подробно...

19 января 2016, 09:01

О дополнительных мерах по стимулированию экспорта ненефтяной продукции   подробно...

19 января 2016, 09:01

О повышении заработной платы работников учреждений социального обеспечения   подробно...

19 января 2016, 09:01

О повышении заработной платы работников учреждений социального обеспечения   подробно...

19 января 2016, 09:01

О повышении заработной платы работников учреждений культуры, молодежи и спорта   подробно...

19 января 2016, 09:01

О повышении заработной платы работников учреждений здравоохранения   подробно...

19 января 2016, 09:01

О повышении заработной платы работников финансируемых из государственного бюджета научных и научно-исследовательских учреждений, предприятий и организаций   подробно...