Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında ƏSASNAMƏ

                                                                            

                                                                                  Azərbaycan Respublikası Prezidentinin

                                                                                  2015-ci il 23 iyul tarixli Fərmanı ilə

 

                                                                                    təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi (bundan sonra - Dövlət Müfəttişliyi) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin və mexanizmlərin (bundan sonra – kənd təsərrüfatı texnikası) dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Dövlət Müfəttişliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

1.3. Dövlət Müfəttişliyi bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının ərazisində bilavasitə və tabeliyindəki rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri vasitəsilə həyata keçirir.

1.4. Dövlət Xidməti öz vəzifə və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.

1.5. Dövlət Xidmətinin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Dövlət Müfəttişliyinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunla və bu Əsasnamə ilə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Dövlət Müfəttişliyi Bakı şəhərində yerləşir.

2. Dövlət Müfəttişliyinin fəaliyyət istiqamətləri

2.0. Dövlət Müfəttişliyinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparır;

2.0.2. kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirir;

2.0.3. traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin edir;

2.0.4. kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edir.

3. Dövlət Müfəttişliyinin vəzifələri

3.0. Dövlət Müfəttişliyi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. hüquqi və ya fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan kənd təsərrüfatı texnikasında zəmanət müddətində yaranmış nasazlığın müqavilə şərtlərinə uyğun olaraq aradan qaldırılmasına nəzarət edir;

3.0.2. dövlət qeydiyyatına alınmış mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin kağız və elektron daşıyıcılar üzərində aparılmasını təmin edir, onlara dövlət qeydiyyat nişanları və dövlət qeydiyyat şəhadətnamələri verir;

3.0.3. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması, dövlət texniki baxışının keçirilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron formada qəbul olunmasını təmin edir;

3.0.4. müasir tipli texnikanın idarə edilməsi sahəsində ixtisaslı kadrlar hazırlanmasında iştirak edir.

3.0.5. kənd təsərrüfatı texnikasının dövlət texniki baxışından keçirilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində məlumat verir;

3.0.6. dövlət qeydiyyatına alınan dövlət texniki baxışından keçirilməmiş kənd təsərrüfatı texnikasını texniki baxışdan keçirir;

3.0.7. texniki vəziyyəti qanunun və ya dövlət standartlarının tələblərinə uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd təsərrüfatı texnikasının istismarını qadağan edir;

3.0.8. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının istismarı qaydalarının pozulmasının qarşısını almaq üçün tədbirlər görür və pozuntuların aradan qaldırılmasını hüquqi və fiziki şəxslərdən tələb edir;

3.0.9. kənd təsərrüfatı texnikasının ipoteka müqaviləsinin qeydiyyata alınmasını və daşınar əmlakın rəsmi reyestrindən çıxarışın verilməsini təmin edir;

3.0.10. traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir və dəyişdirir;

3.0.11. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının dövlət qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşdirilmiş qaydada elektron məlumat bazasının yaradılmasını və aparılmasını təmin edir;

3.0.12. rayonlarda (şəhərlərdə) özəl aqroservislərin yaradılması və onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə maarifləndirmə işi aparır;

3.0.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.14. Dövlət Müfəttişliyinə daxil olan ərizə, şikayət və təkliflərə baxır;

3.0.15. rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin fəaliyyətinə nəzarəti həyata keçirir;

3.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Dövlət Müfəttişliyinin hüquqları

4.0. Dövlət Müfəttişliyi bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.2. normativ hüquqi aktlarının layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;

4.0.3. xarici dövlətlərin müvafiq sahədə təcrübəsini öyrənmək;

4.0.4. Dövlət Müfəttişliyinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrində məlumatları dərc etdirmək;

4.0.5. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

4.0.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Dövlət Müfəttişliyinin fəaliyyətinin təşkili

 

5.1. Dövlət Müfəttişliyinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Dövlət Müfəttişliyinin rəisi Azərbaycan Respublikasının Baş dövlət texniki nəzarət mühəndis müfəttişidir.

 

5.2. Dövlət Müfəttişliyinin rəisi Dövlət Müfəttişliyinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Dövlət Müfəttişliyi rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

5.4. Dövlət Müfəttişliyinin rəisi:

5.4.1. Dövlət Müfəttişliyinin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Dövlət Müfəttişliyini təmsil edir;

5.4.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Dövlət Müfəttişliyinin aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq edilmək üçün Nazirliyə təqdim edir;

5.4.4. Dövlət Müfəttişliyinin rəis müavini, aparatının struktur bölmələrinin və tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin rəhbərləri istisna olmaqla, Dövlət Müfəttişliyinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.5. Dövlət Müfəttişliyinin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;

5.4.6. Dövlət Müfəttişliyinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

5.4.7. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.4.8. Dövlət Müfəttişliyində vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.4.9. Dövlət Müfəttişliyinə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.4.10. Dövlət Müfəttişliyinin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;

5.4.11. Dövlət Müfəttişliyinin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

5.5. Dövlət Müfəttişliyinin işçiləri təsviri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyim forması, habelə siyahısı Nazirlik tərəfindən müəyyən edilən nəzarət-ölçü cihazları və digər xüsusi vasitələrlə təmin olunurlar.

5.6. Dövlət Müfəttişliyi say həddi (limiti) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xidməti minik avtomobilləri ilə təmin olunur.

 

24 июля 2015, 09:07

http://www.azertag.net

151—160 из 3607

14 июня 2022, 15:06

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.И.Мирзоева орденом «Шохрат»   подробно...

13 июня 2022, 16:06

Распоряжение Президента Азербайджанской Республики О мерах по реконструкции автомобильных дорог Нефтчала-Хол Гарагашлы-Шорсулу (7 км)-Гасанабад-Нефтчала и Банка-Бешталы Нефтчалинского района   подробно...

9 июня 2022, 18:06

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Мамедабад-Генишкенд Саатлинского района   подробно...

8 июня 2022, 16:06

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Т.Оруджева первым заместителем председателя Центрального банка Азербайджанской Республики   подробно...

8 июня 2022, 16:06

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Мамедъярова заместителем председателя Центрального банка Азербайджанской Республики   подробно...

7 июня 2022, 17:06

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Пираллахинского района города Баку   подробно...

1 июня 2022, 08:06

Постановление Милли Меджлиса Азербайджанской Республики О назначении на должность членов Правления Центрального банка Азербайджанской Республики   подробно...

25 мая 2022, 08:05

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Дж.Г.Гурбанова от должности председателя Закрытого акционерного общества “Азербайджанские железные дороги”   подробно...

25 мая 2022, 08:05

Распоряжение Президента Азербайджанской Республики О назначении Дж.Г.Гурбанова заместителем министра цифрового развития и транспорта Азербайджанской Республики   подробно...

25 мая 2022, 08:05

Распоряжение Президента Азербайджанской Республики О назначении С.Г.Мамедова заместителем министра цифрового развития и транспорта Азербайджанской Республики   подробно...