"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. birinci hissənin 3-cü bəndindən "Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya" sözləri çıxarılsın;
2. üçüncü hissəyə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:
"3-1. notariusun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il.
5 мая 2015, 09:053 июня 2014, 17:06
В Азербайджане ликвидируются суды присяжных подробно...
3 июня 2014, 15:06
Под контроль ILO передал собственную Стратегию защиты и безопасности труда Азербайджан подробно...
3 июня 2014, 14:06
Россия и Азербайджан договорились создать совместный инвестиционный фонд подробно...
3 июня 2014, 09:06
О призыве с 1 по 30 июля 2014 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
2 июня 2014, 17:06
О награждении медалью «Терегги» работников гражданской авиации Азербайджанской Республики подробно...
2 июня 2014, 17:06
О присвоении почетных званий работникам гражданской авиации Азербайджанской Республики подробно...
2 июня 2014, 13:06
В Азербайджане будет запрещена свободная спортивная и любительская ловля рыбы подробно...
2 июня 2014, 09:06
Устав, структура и штат Центра безопасности морского судоходства утверждены в Азербайджане подробно...
2 июня 2014, 09:06
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
30 мая 2014, 09:05
О дополнительных мерах по ускорению социально-экономического развития Нефтчалинского района подробно...