“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1208-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1208-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq dövlət orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il.

7 апреля 2015, 09:04

http://www.azertag.net

3281—3290 из 3607

7 мая 2014, 16:05

Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66%   подробно...

7 мая 2014, 11:05

В Азербайджане впервые будут созданы летние школы для учащихся   подробно...

7 мая 2014, 11:05

В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон   подробно...

7 мая 2014, 10:05

Издан «Русско-азербайджанский толковый юридический словарь»   подробно...

6 мая 2014, 16:05

Министерство образования проведёт диагностику в бакинских школах   подробно...

6 мая 2014, 14:05

Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано   подробно...

6 мая 2014, 12:05

Вводятся особые стандарты качества интернета   подробно...

6 мая 2014, 11:05

Изменено положение МЧС Азербайджана   подробно...

6 мая 2014, 09:05

О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора   подробно...

6 мая 2014, 09:05

О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...