“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1194-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1194-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il.

6 апреля 2015, 09:04

http://www.azertag.net

181—190 из 3607

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О награждении И.Г.Керимова орденом «Шохрат»   подробно...

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О награждении И.А.Наджафова орденом «Шохрат»   подробно...

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Национального плана деятельности по усилению борьбы с коррупцией на 2022-2026 годы»   подробно...

4 апреля 2022, 07:04

Распоряжение Президента Азербайджанской Республики О награждении В.Г. Ахмедова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

4 апреля 2022, 07:04

Закон Азербайджанской Республики О внесении частичного изменения в административно-территориальное деление города Гянджа   подробно...

18 марта 2022, 13:03

Распоряжение Президента Азербайджанской Республики О выделении финансовой помощи Федерации борьбы Азербайджана   подробно...

15 марта 2022, 11:03

Распоряжение Президента Азербайджанской Республики О награждении В.И.Мамишова орденом «Достлуг»   подробно...

14 марта 2022, 18:03

Распоряжение Президента Азербайджанской Республики О проведении 190-летия Хуршидбану Натаван   подробно...

9 марта 2022, 14:03

Распоряжение Президента Азербайджанской Республики О награждении Д.К.Касеинова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

7 марта 2022, 16:03

Распоряжение Президента Азербайджанской Республики О награждении азербайджанских женщин медалью "Терегги"   подробно...