"Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 47
Bakı şəhəri, 24 fevral 2015-ci il
"Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1091-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 897 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 668; 2006, № 9, maddə 817, № 12, maddə 1153; 2008, № 1, maddə 39; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 581; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
"2.3-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 марта 2015, 09:038 июля 2014, 10:07
Лицензия Азербайджанского общественно-политического университета не продлена подробно...
8 июля 2014, 09:07
Студентам-педагогам станут доплачивать до 50% будущей зарплаты подробно...
7 июля 2014, 15:07
Спецификации по оборонному заказу утвердил Азербайджан подробно...
7 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Ени Зод-Чайкенд-Гарабулаг-Гушчу-Сарысу Гейгельского района подробно...
7 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района подробно...
4 июля 2014, 17:07
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 48,47% подробно...
4 июля 2014, 15:07
Завершена пробная сельскохозяйственная перепись в Азербайджане подробно...
4 июля 2014, 14:07
Министерство образования Азербайджана выделит 5 тыс. манатов на общественные идеи по улучшению обучения подробно...
4 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ашагы Гейнюк-Баш Гейнюк-Баш Шабалыд города Шеки подробно...
3 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Гусар-Имамгулукенд-Гухуроба Гусарского района подробно...