“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1139-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1139-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 349.1, 349.2, 349.3, 350, 351, 354.2.1, 354.2.3 və 354.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri həyata keçirirlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2015-ci il.
4 февраля 2015, 09:02
17 июня 2014, 09:06
О награждении медалью «Терегги» работников здравоохранения Азербайджанской Республики подробно...
13 июня 2014, 16:06
Страховая стратегия до 2020 года будет утверждена в Азербайджане подробно...
13 июня 2014, 10:06
О дополнительных мерах по строительству автомобильной дороги Хызы-Алтыагадж Хызинского района подробно...
12 июня 2014, 17:06
Туризм в Азербайджане стоит на пороге нового этапа развития – министр подробно...
12 июня 2014, 15:06
Новый устав и выборы новых членов рассмотрит общее собрание Академии наук 27 июня подробно...
12 июня 2014, 15:06
Внедрение платёжных карт на транспорте отложено на 2015 год подробно...
12 июня 2014, 09:06
О мерах по строительству автомобильной дороги Чуханлы-Гянджали-Пиратман-Парча Хеледж-Сеидан Сальянского района подробно...
11 июня 2014, 09:06
О дополнительных мерах по строительству автомобильной дороги Геранбой-Юхары Агджакенд Геранбойского района подробно...
11 июня 2014, 09:06
О мерах по обеспечению деятельности Азербайджанского комплекса по производству стали подробно...
10 июня 2014, 09:06
О мерах по строительству автомобильной дороги Самух-Физули-Ляк-Алибайрамлы-Гарабаглар-Чобанабдаллы-Самух Самухского района подробно...